Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Taekvondoçumuz Beynəlxalq Festivalda qızıl medal qazandı Xəbərlər

0

  • Taekvondo üzrə ölkəmizi təmsil edən idmançılarımız Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında nailiyyətlər qazanıblar.
    Sonxeber.pro lent.az-a istinadən bildirir ki, 54 kiloqram çəki dərəcəsində çıxış edən taekvondoçumuz Səyyad Dadaşov rəqibi Rusiya təmsilçisi Mikail Tomilovu final görüşündə 2:0 hesabı ilə məğlub edib. Nəticədə idmançımız qızıl medala layiq görülüb.
    Digər finalçımız Vaqif Hacıyev (68 kiloqram) İqor İokovlev ilə döyüşdən məğlub ayrılaraq (2:0) gümüş medalla kifayətlənib.
    Eltac Qafarov (80 kq) isə iranlı rəqibi Amirsina Baxtiyariyə son anda 2:0 hesabı ilə məğlub olaraq festivalı gümüş medalla başa vurub.
    Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. Festivalda 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar. Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1140441.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib36 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    34
    25
    27
    10
    19
    92
    30
    32
    38
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar