Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Tanınmış idmançı karyerasını bitirdi Xəbərlər

0

  • Azərbaycanın tanınmış cüdoçusu Orxan Səfərov karyerasını başa vurub.
    Federasiyadan Sonxeber.pro-a verilən məlumata görə, çoxsaylı nüfuzlu beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuş idmançı 32 yaşında cüdo ilə vidalaşmaq qərarına gəlib.
    Qurumun rəsmi saytına açıqlama verən O.Səfərov bildirib ki, cüdonun hər bir anı onun üçün yaddaqalandır: "Qalib gəldiyim hər turnir mənim üçün vacibdir. Cüdo həyatda mənə çox şey öyrətdi, əsas da tataminin üzərində sərbəst olmağı. Kənar dəstək nə qədər olsa da, tatamidə qərarlar təklikdə verilir, heç bir gözlənti və kömək olmur. Cüdo həyat dərsidir. O, həyatda məsələləri müstəqil həll etmək, sərbəst olmaq və qalib gəlməyi öyrədir. Hər şey öz əlindədir".
    Titullu idmançı əlavə edib ki, cüdo ona məqsədyönlülük, motivasiya, nizam-intizam, özünəinam kimi keyfiyyətləri bəxş edib və bu keyfiyyətləri o, həyatının növbəti mərhələlərinə özü ilə aparacaq. O.Səfərov gələcəkdə də Azərbaycan cüdosunun inkişafına töhfə vermək niyyətində olduğunu vurğulayıb.
    Qeyd edək ki, Orxan Səfərov 2013-cü ildə böyüklər arasında dünya üçüncüsü olub, 4 il sonra isə analoji yarışda gümüş medal qazanıb. 2015 və 2016-cı illərdə Avropa çempionatının gümüş, 2017-ci ildə isə bürünc medalına sahib çıxıb. "Masters" turnirində 1 dəfə qızıl, 1 dəfə gümüş medal qazanmaqla yanaşı, Böyük dəbilqə və Qran-Pri yarışlarında ümumilikdə 15 medal qazanıb.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/sport/1141186.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    148
    13
    31
    25
    28
    240
    26
    19
    22
    20
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar