Tanınmış şəxsin keçmiş əri elektron qolbaqla gəzəcək - Külli miqdarda borc (TƏFƏRRÜAT) Xəbərlər
5/5
Sevimlilərə əlavə et
Rusiyanın Belqorod vilayətində iş qurmaq adı ilə tanışından 2007-ci ildə 300 min manat borc götürüb, çox hissəsini qaytarmayan şəxslə bağlı məhkəmə qərar verib.
Qaynarinfo-nun məlumatına görə, 1958-ci il tarixdə Qazax rayonunun Qaymaxlı kəndində anadan olmuş Süleyman Hacıyev tələbə yoldaşı Eldardan (şərti) 2007-ci ildə hər ay 2% ödəmək şərti ilə bir il müddətinə 300.000 manat pul götürüb. Təqsirləndirilən şəxs biznes işlərini görmək üçün götürdüyü pulun müqabilində ona 100.000 manat əlavə ödəniş edəcəyini vəd edib.
Eldar 2013-cü ilə qədər pulun çox hissəsi geri qaytarılmadığı üçün hüquq-mühafizə orqanlarına müraciət edəcəyini deyib. Süleyman Hacıyevin təklifi ilə 19 yanvar 2013-cü il tarixdə tərəflər arasında 1 ilə qaytarmaq şərti ilə notariat kontorunda 232.000 manat borcunun olmasına dair borc müqaviləsi bağlanıb.
Təqsirləndirilən şəxsin həyat yoldaşı Sultanxanım Nəsibova Eldarla danışaraq, 2013-cü ilin avqust ayından 2014-cü ilin fevral ayının 21-nə qədər borcdan 55000 manat pul ödəyib. Sonra isə Sultanxanım Nəsibova ona heç bir ödəniş etməyəcəyini bildirib.
Bundan sonra Süleyman Hacıyev Novxanıda olan bağ evini və Bakı şəhəri, Puşkin küçəsindəki 2 mənzili, "Lexus RX 350" markalı avtomobili Sultanxanım Nəsibovanın adına keçirib və ondan məhkəməyə yolu ilə boşanıb.
Bölmə | Ölkə |
Kateqoriya | Ümumi |
Yerləşdirdi | |
Yerləşdirildi | 1 ay öncə |
İzlənib | 22 dəfə |
tanis azer