Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ürək xərçənginin əlamətləri - Onkoloq Xəbərlər

0

  • Bədxassəli ürək şişi - angiosarkoma diaqnoz olaraq ən çox 45 yaş və yuxarı kişilərə qoyulur və xəstəlik uzun müddət heç bir əlamət olmadan irəliləyir.
    Buz.Su axar.az-a istinadən xəbər verir ki, bu barədə Federal Klinik Tədqiqat Mərkəzinin onkoloqu İrina Oleynikova deyib.
    "Ürəyin angiosarkoması miokard toxumasında inkişaf edən bədxassəli yenitörəmə növlərindən biridir. Bu, endotel hüceyrələrindən əmələ gəlir və bir qayda olaraq sağ atriuma və perikarda təsir göstərir. Çox vaxt 45 yaşdan yuxarı kişilərdə özünü göstərir. Angiosarkoma nadir xəstəlik olduğundan, qeydə alınan ürək-damar xəstəliklərinin ümumi nisbətində 0,2% təşkil edir.
    Xəstəlik tez-tez gec mərhələlərdə aşkarlanır, çünki uzun müddət asemptomatikdir və exokardioqrafiyada kiçik şişlər görünməyə bilər",- İrina Oleynikova bildirib.
    İ.Oleynikovanın sözlərinə görə, xəstəliyin simptomları qeyri-spesifiklik səbəbindən tamamilə fərqli xəstəliklərə aid edilir:
    "Xəstələr qolların və ayaqların şişməsindən, qarın ətrafının artmasından, boyun damarlarının şişməsindən, nəfəs darlığından, taxikardiyadan, hipotansiyondan, şiddətli zəiflikdən, gündəlik fiziki fəaliyyətləri yerinə yetirməkdə çətinlikdən (sürətli yerimə, pilləkənlərə qalxma), ürək ağrısından, başgicəllənmədən və öskürəkdən şikayət edir".
    Onkoloq bildirib ki, əgər birinci dərəcəli qohumlarda angiosarkoma aşkarlanıbsa, xəstə 25-30 yaşından etibarən kardioloqun nəzarətində olmalı və tez-tez ürək müayinəsindən keçməlidir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/health/1179542.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    28
    23
    36
    25
    13
    36
    27
    18
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar