Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Əslində biz gözləyirdik ki, ermənilər bunu müsbət qarşılayacaq - Novruz Aslan - FOTO Xəbərlər

0

  • Biz Xankəndidə yaşayan erməni əhaliyə kömək etməyə hazır olduğumuzu, xoş niyyətimizi bildirdik.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif layihəsinə müsahibəsində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) prezidenti Novruz Aslan deyib.
    "Bir ora ərzaq yardımı ilə getmişdik. Əsində biz gözləyirdik ki, qarşı tərəf, Azərbaycan ərazisində yaşayan erməni əhali bunu müsbət qarşılayacaq. Çünki bizim bu humanist aksiyamız vaxtında atılan addımdır", - deyə N.Aslan əlavə edib.
    O qeyd edib ki, AzQAC humanitar aksiyanı yerinə yetirmək əzmindədir.
    "Biz çalışacağıq ki, öz missiyamızı yerinə yetirək. Azərbaycan Qızıl Aypara Cəmiyyəti bu istiqamətdə müxtəlif məsələhətləşmələr aparır. Biz heç kimə güclə nəyəsə məcbur edə bilmərik. Qarşı tərəf də anlayışlı olmalıdır", - deyə o əlavə edib.
    N.Aslan qeyd edib ki, erməni əhali hansısa hisslərə qapanıb bu yüklərdən imtina etməməlidir. "Onlar separatçıların, hansısa qüvvələrin qurbanına çevriliblər. Onlar düşünsünlər, dərk etsinlər, keçdikləri yola baxıb nəticə çıxarsınlar, bu gün onlara təklif olunan variantlardan istifadə etsinlər", - deyə N.Aslan vurğulayıb.
    Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım yola salınıb. Ağdam-Xankəndi yolu ilə aparılan humanitar yardım karvanında ilkin mərhələ üzrə 40 ton un var.
    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1141625.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib32 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    30
    26
    24
    14
    5
    11
    14
    19
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar