Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ürəyi məhv edən vərdişlər açıqlandı Xəbərlər

0

  • Ürəyi məhv edən vərdişlər arasında əsas bir neçəsini qeyd etmək olar. Bunlardan birincisi, siqaret çəkməkdir.
    Buz.Su oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyalı həkim kardioloq Anastasiya Fomiçeva danışıb.
    "Nikotin və digər kimyəvi maddələr təkcə ağciyər xəstəliklərinin deyil, həm də ateroskleroz və ürəyin işemik xəstəliyi kimi ürək-damar xəstəliklərinin inkişaf riskini artırır", - deyə o bildirib.
    Ürəyi məhv edən vərdişlər arasında yanlış qidalanma da var.
    "Doymuş yağların və şəkərin həddindən artıq istehlakı qanda xolesterinin səviyyəsinin artmasına, aterosklerozun inkişafına, qan damarlarında lövhəciklərinin yaranmasına və daha sonra miokard infarktı və ya insultun inkişaf riskinə səbəb ola bilər. Duzlu yeməklər qan təzyiqinin artmasına və mayenin bədəndə yığılmasına (şişkinliyə) səbəb ola bilər", - deyə həkim vurğulayıb.
    Oturaq həyat tərzi, həmçinin ürək xəstəliklərinin inkişafına təsir göstərir.
    "Daimi fiziki fəaliyyətin olmaması və oturaq iş piylənmə, hipertoniya xəstəliyi riskini artırır və həmçinin şəkərli diabetin inkişafına gətirib çıxara bilər", - deyə kardioloq əlavə edib.
    Digər bir pis vərdiş həddindən artıq alkoqol istehlakıdır. Bu, qan təzyiqinin artmasına, ritm pozğunluqlarının inkişafına, miokardın zədələnməsinə və nəticədə alkoqol kardiomiopatiyasının inkişafına səbəb ola bilər.
    "Daimi stres isə qanda adrenalin və kortizolun səviyyəsini artırır ki, bu da qan təzyiqinin artmasına, taxikardiyaya və ürək-damar xəstəliklərinin inkişaf riskinin artmasına səbəb ola bilər. Yuxu çatışmazlığı və bioloji saat ritmlərinin dəyişməsi piylənmə, hipertoniya və aritmiyanın inkişafına gətirib çıxarır", - deyə o, söhbətini yekunlaşdırıb.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/1145695.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib27 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    23
    18
    28
    20
    16
    32
    36
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar