Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yağlardan təkrar istifadə bu xəstəlikləri yaradır Xəbərlər

0

  • Yeməklərin bişirilməsində yağların rolu böyükdür. Yağlar qızardılacaq qidaları daha dadlı və ləzzətli edir. Bəzən isə qızardılmış qidalara istifadə edilən yağların miqdarı çox olduğundan bəzi qadınlar bu yağları yenidən istifadə edir. Müasir günümüzdə isə istifadə edilən yağların əksəriyyəti kimyəvi yollarla hazırlanmış yağlardır.
    Buz.Su saglamolun.az-a istinadən bildirir ki, bu səbədən də onların istifadəsi yağın kimyəvi tərkibinin ikinci və üçüncü dəfə dəyişilməsinə səbəb olur. Bu səbəbdən də qızardılmış yağın yenidən istifadəsi zamanı diqqətli olmaq lazımdır. Belə ki, yemək hazırlamaq üçün istifadə ediləcək yağın əvvəlcədən istifadəsi olmamalıdır.
    Əslində kimyəvi yollarla hazırlanmış bu yağların birinci dəfə də qaynaması zamanı da tərkibində dəyişikliklər baş verir ki, bu da orqanizm üçün çox zərərlidir. Bu səbədən də mütəxəssislər qızartma yeməklərin çox da yaxşı seçim olmadığını qeyd edirlər. Onlar suda bişmiş yeməyin qızartmadan daha faydalı olduğunu söyləyir və qidaları qızartmaq istədikdə təbii yağlara üstünlük vermələrini məsləhət bilirlər. Amma istifadə edilən yağın təkrar istifadəsini tövsiyə etmirlər.
    Əgər istifadə etdiyiniz yağın təkrar istifadə edilməsini istəsəniz bu zaman bəzi qaydalara əməl etməlisiniz:
    * yağı istifadə etdikdən sonra şüşə qabda saxlamaq lazımdır
    * yağ istifadə edildikdən sonra mütləq süzülməlidir
    * istifadə edilmiş yağ sərin və qaranlıq yerdə saxlanılmalıdır
    * mümkün olduğu qədər qızardılmış yeməklərdən uzaq durulmalıdır.



    Yağlardan təkrar istifadə onunla qidalananlarla yanaşı, ondan yemək hazırlayanlarda da xəstəliklər yaradır. Ona görə də yeməkləri yağda bir dəfə bişirmək, təkrar istifadəyə yol verməmək lazımdır. Yağların təkrar istifadəsi zamanı nişastalı qidalar çox qızardılarsa, onların üst hissələrində zəhərli aldehidlər yaranır. Həmin maddələr gözün və tənəffüs yollarının selikli qişalarını güclü şəkildə qıcıqlandırır və funksiyasını zədələyir. Zəhərli maddələr daxili orqanlarda, xüsusilə sinir sistemi və qaraciyərdə ciddi fəsadlara səbəb olur.
    Buz.Su

    Mənbə: https://news.milli.az/health/1144802.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    10
    24
    9
    25
    19
    16
    21
    23
    31
    27
    35
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar