Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
PFL-dən matç zamanı siqaret çəkən AFFA nümayəndəsi ilə bağlı AÇIQLAMA Xəbərlər

0

  • Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatının 32-ci turunda keçirilən "Qəbələ" - "Kəpəz" (0:1) matçınını gedişi zamanı stadionun tunelində siqaret çəkən AFFA nümayəndəsi Yavər Rəhimovla bağlı məsələyə aydınlıq gətirib.
    Buz.Su bildirir ki, Qurumdan "Qafqazinfo"ya verilən məlumata görə, Y.Rəhimova bununla bağlı iradlar çatdırılıb. 
    Ona müvafiq tədbirlər görüləcəyi ilə bağlı məlumat verilib: 
    "AFFA nümayəndələrinə davamlı olaraq bu barədə təlimatlar verildiyindən və mütəmadi təkrarlandığından bizim üçün də gözlənilməz oldu. Hər bir stadionda siqaret çəkilməsi üçün icazə verilən məkanlar var. AFFA nümayəndəsi təəssüf ki, burada səhvə yol verib. Bunlar bir daha nəzərdən keçiriləcək və müvafiq tədbirlər görüləcəyi barədə Yavər bəyin özünə də məlumat verilib.



    Bununla yanaşı AFFA nümayəndəsinin azarkeşlərlə polemikaya girməsi də yanlış addımdır. Azarkeşlər tərəfindən təhqir olduğu zaman belə birbaşa ünsiyyət səhvdir. Bu problem mühafizə xidmətinə, klubun nümayəndələrinə bildirilməlidir. Klub nümayəndələri belə xəbərdarlıq aldığı zaman hətta diktora da müraciət edə və birbaşa stadiona müraciət ünvanlaya bilər. Əgər yenə də həll olunmazsa, hesabatda qeyd olunur. İntizam Komitəsi də buna uyğun addım atır. Sadəcə özünün bildirdiyinə görə ünvanına təhqir eşitdiyinə görə emosional davranıb".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1200398.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    26
    24
    21
    17
    23
    30
    15
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar