Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yaponiya Türkiyə parlamentinin bu qərarını dəstəklədi Xəbərlər

0

  • "Yaponiya hökuməti beynəlxalq təhlükəsizlik sahəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq, Türkiyə parlamentinin İsveçin NATO-ya daxil olması ilə bağlı protokolun ratifikasiyası barədə qərarını dəstəkləyir".
    Buz.Su oxu.az-a istinadən bildirir ki, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi deyib.
    O, bildirib ki, Tokio İsveçin NATO-ya üzv olmaq üçün müraciət etmək qərarını dəstəkləyir və üzvlük prosesini başa çatdırmaq üçün göstərilən səylərə hörmət edir.
    "Yaponiya hökuməti hesab edir ki, beynəlxalq təhlükəsizlik mühiti getdikcə pisləşdiyi üçün, həmfikir ölkələr arasında əməkdaşlıq daha da vacib olur" - deyə nazir Türkiyə parlamentində səsvermənin nəticələrinə münasibət bildirərkən vurğulayıb.
    Hayasinin sözlərinə görə, İsveçin alyansa qoşulması beynəlxalq hüququn aliliyinin təmin edilməsinə, həmçinin azad və açıq Hind-Sakit okean regionu konsepsiyasının təmin olunmasına töhfə verəcək.



    Xatırladaq ki, yanvarın 23-də Türkiyə Parlamenti (TBMM) İsveçin alyansa qoşulması ilə bağlı protokolun ratifikasiyası haqqında qanun layihəsini təsdiqləyib. Hazırda parlamenti hələ də İsveçin müraciətini ratifikasiya etməyən yeganə NATO ölkəsi Macarıstandır.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1178218.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    23
    19
    15
    28
    42
    33
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar