Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda konfrans keçiriləcək Xəbərlər

0

  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökümət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirak etməsi gözlənilir.
    Həmçinin, sözügedən konfransda mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri, dini icma rəhbərləri və dövlət rəsmiləri də İştirak edəcəkdir. İkinci İslamofobiya konfransı zamanı əsas mövzu ətrafında ciddi müzakirələr, araşdırma təqdimatları və açıq dialoqların aparılması üçün platforma təmin ediləcək.
    Konfrans çərçivəsində keçiriləcək plenar iclaslara və bölmə iclaslarına aşağıdakılar daxildir:
    Plenar (A) Tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə hörməti təşviq etmək üçün qlobal dialoqa çağırış, Çıxış sessiyaları (B) Multikulturalizm, İslam və sivilizasiyaların toqquşması nəzəriyyəsi:
    İslamofobiyanın yenidən nəzərdən keçirilməsi; (B1) İctimai rəyin formalaşdırılması:
    rəqəmsal islamofobiya; (C) Ali təhsil kontekstində islamafobiya ilə mübarizə;
    Plenar (D) Qərbi Avropada müsəlmanlara münasibətdə oxşarlıqlar və fərqlər, müsəlman icmasının əsas insan hüquqları;
    Çıxış sessiyaları (E) Fransada müsəlmanlara qarşı siyasətlər: İslamofobiyanın normallaşdırılması; (E1) qeyri-müsəlman ölkələrində islam mədəni və dini irsinin qəsdən məhv edilməsi və təhqir edilməsi aktları; (F) Cinsiyyətli İslamofobiyanın Matrisi Müsəlman Qadınlarının Repressiyası və Müqaviməti, Gender və Cəmiyyət.
    Hər paneldə 6-7 spikerin olması nəzərdə tutulur.
    Martın 10-da konfrans iştirakçılarının 2024-cü ilin Islam dünyasının mədəniyyət paytaxtı elan edilən Şuşaya səfəri nəzərdə tutulur.
    Qeyd edək ki, 15 mart tarixinin "Islamofobiya ilə mübarizə günü" olması ilk dəfə 2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan olunub.
    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın 15-ni "Islamofobiya ilə Beynəlxalq Mübarizə Günü" kimi qəbul edib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1187860.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    14
    13
    17
    27
    15
    34
    35
    29
    28
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar