Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yardım adı ilə pərdələnmiş plan - Əsl məqsəd, ikiüzlü siyasət... Xəbərlər

0

  • Bir müddət əvvəl "humanitar şou", "blokada" adı altında özlərini dünyaya yazıq kimi təqdim etməyi bacaran separatçılar 23 saatlıq antiterror tədbirləri nəticəsində torpaqlarımızda məğlub olub ağ bayraq qaldırsalar da, görünür bir çox ölkələrdə özlərini istədikləri formada təqdim etməyi bacarıblar. Onlara edilən humanitar yardımların hələ də göndərilməsi bunu deməyə əsas verir.

    Fransa hökuməti iki gün əvvəl Ermənistana 5 ton humanitar yardım göndərib. Erməni mətbuatının məlumatına görə bu yardım Qarabağdan gedən ermənilər üçün nəzərdə tutulub. Məlumata görə, yardımı "Zvartnos" hava limanında Fransanın bu ölkədəki səfiri Olivye Dekottini və səhiyyə nazirinin müavini Lena Nanuşyan qəbul edib. Boinq təyyarəsi ilə çatdırılan humanitar yardım əsasən tibbi ləvazimatlardan ibarətdir.
    Burada diqqət çəkən iki məqam var: Birincisi Ermənistan Qarabağı tərk edən ermənilərin sayını şişirtməklə gələcəkdə çıxış edəcəkləri iddialara hazırlıqdan əlavə, hazırda özlərini yazıq vəziyyətdə göstərməyə davam edir. İkincisi isə yazıq kimi təqdim olunan ölkəyə Fransa yardım göndərir. Ermənistanı hər zaman dəstəkləyən Makron bu dəfə də ənənəsinə sadiq qalır.

    Maraqlısı isə Fransanın Ermənistana humanitar yardım göstərməsində deyil. Çünki, oraya yardımlar təkcə Fransadan getmir. Məsələn, Kanada da Qarabağı tərk edən ermənilərə yardım məqsədi ilə Ermənistan üçün 2,5 milyon dollar pul ayırıb. Və bu yardımlar artmaqda davam edir. Bu anda ortaya belə sual çıxır? Bəzi ölkələr niyə humanitar yardım məsələsində də ayrıseçkilik edirlər? 1990-cı illərin əvvəllərində milyondan artıq azərbaycanlıya xarici donor təşkilatları hansı yardımı göstəriblər?
    İllər keçməsinə baxmayaraq bu gün də ölkəmizdə yüz minlərlə insan var ki, hələ də öz evinə, torpağına qayıda bilmir. Amma, Qarabağdan çıxan ermənilərə yardım üçün bir sıra təşkilatlar sıraya düzülüblər. Bəs, azərbaycanlı qaçqınlar niyə yada düşmür? Bu gün ermənilərə yardım barədə danışan həmin təşkilatlar azərbaycanlılarla bağlı susurlar. Aydın məsələdir ki, bu ayrıseçkilik ikili standartlardan irəli gəlir.
    Bəxtiyar Umarlı
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1146807.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    13
    27
    22
    1
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar