Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Türkiyəli general: “Azərbaycanın yüksək rütbəli hərbçiləri ilə mütəmadi görüşlər genişlənir” Xəbərlər

0

  • "Azərbaycan və Türkiyənin yüksək rütbəli hərbçiləri arasında mütəmadi görüşlər genişlənir".
    Buz.Su xəbər verir ki, bunu report.az-a Türkiyə Strateji Düşüncə İnstitutunun (SDİ) rəhbəri, ehtiyatda olan general-mayor, dosent Güray Alpar Türkiyədə azərbaycanlı ordu generallarının yüksək səviyyədə qəbulu məsələsini şərh edərkən bildirib.
    G.Alpar deyib ki, hər iki ölkənin Silahlı Qüvvələri arasında münasibətlərin yaxşılaşması bir həqiqətdir:
    "İki qardaş ölkənin inkişaf etdirdiyi qarşılıqlı hərbi anlaşma sayəsində hər cür əməliyyat zamanı birlikdə hərəkət edən, eyni mentalitetə, eyni təlim infrastrukturuna və oxşar silah sistemlərinə malik güclü bir struktur yaradılıb. Azərbaycan Ordusu Türkiyə Ordusu ilə birgə hərəkət edərək regionun ən güclü ordusuna çevrilib. Son zamanlar Azərbaycan sürətli və effektiv ordu üçün tələb edilən struktur dəyişikliklərini uğurla həyata keçirib. Hər iki ölkənin ordusu bir-birindən çox şey öyrənib və öyrənməyə davam edir. Bu kontekstdə ölkələrimizin general və zabitlərindən başlayaraq bütün səviyyələrdə görüşlərin, təlimlərin keçirilməsi çox yaxşı haldır. Yeri gəlmişkən, mən də keçən ay bir hərbçi olaraq Azərbaycana səfər etmişəm".
    Generalın fikrincə, Azərbaycanla Türkiyə arasında siyasi, hərbi və strateji əməkdaşlığın regiondakı sülhə verdiyi töhfə aydın şəkildə özünü büruzə verir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1179816.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    11
    29
    24
    21
    11
    24
    10
    14
    41
    19
    17
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar