Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Yeni Bakı və Sumqayıt yolu tıxaclara necə təsir edəcək? - AÇIQLAMA Xəbərlər

0

  • 2027-ci ilin sonunadək paytaxtın şimal giriş-çıxış nəqliyyat probleminin əsaslı həll edilməsi məqsədilə Bakı və Sumqayıt şəhərlərini birləşdirən yeni magistral avtomobil yolunun inşası planlaşdırılıb.
    Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
    Buz.Su xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu, çox müsbət haldır.
    "Çünki mövcud Bakı-Sumqayıt yolunu nə qədər genişləndirsələr də, effektiv alınmır. Hazırkı yolda maşınlar Xırdalan, Masazır dairəsində və "20 yanvar" "Şamaxinka" istiqamətində tıxacda qalır. Bu da müəyyən problemlər yaradır. Bundan başqa hazırkı yolu genişləndirmək üçün bir çox söküntü işləri aparılmalıdır. Bir neçə il qabaq Bakı-Sumqayıt yolu standart məhəllə yolu kimi tikilib və gələcək perspektiv hesablanmayıb. Ona görə də yeni yol inşa edilərsə, həmin istiqamətdə olan problemlər aradan qalxacaq".
    Ekspert Bakı şəhərində küçə-yol şəbəkəsinin uzunluğunun təqribən 368,7 km-dək artırılacağına da toxunub.
    "Paytaxtda elə küçələr var ki, orada söküntü işləri aparmaqla həm nəqliyyatın axını, həm də piyadaların hərəkəti üçün rahat şərait yaratmaq olar. Elə küçələr və prospektlər var ki, nəqliyyat hərəkətinə ciddi problemlər var. 368,7 km çox böyük bir rəqəmdir. Bu qədər küçə-yol şəbəkəsinin qurulması nəqliyyatın düzgün idarə edilməsini tənzimləyəcək, ancaq bunu qoruyub saxlamaq lazımdır. Sonradan həmin yolların qırağında obyekt, parklanma yeri salınmasa, müsbət nəticələr gözləməyə dəyər", - deyə o qeyd edib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1173726.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi5 ay öncə
    İzlənib39 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    47
    46
    40
    25
    39
    30
    28
    45
    38
    25
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar