Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Zaxarova erməni jurnalisti yerinə oturtdu Xəbərlər

0

  • Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü mətbuat konfransında erməni jurnalist-təxribatçını layiqli cavabını verdi.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, erməni jurnalist İrəvanda mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə ucaldılmış abidənin təhqir olunması mövzusundan başlayaraq, qəfildən guya Azərbaycan tərəfindən törədilən "Qarabağda İkinci Dünya Müharibəsi qəhrəmanlarının abidələrinin və məzarlarının təhqir olunması ilə bağlı mötəbər faktlar"a keçib.
    "Əgər bu məsələ ilə bağlı materiallarınız varsa, mənə çatdırın, sonra şərh edəcəyəm", - deyə Zaxarova cavab verib.
    Qeyd edək ki, bu yaxınlarda sosial şəbəkələrdə daha bir erməni vandalizminin görüntüləri yayılıb. Ermənilər bu dəfə mühasirədə olan Leninqrad uşaqlarının xatirəsini təhqir etmək qərarına gəliblər.
    Birinci videoda erməni vandalının çələnglərdən Rusiya bayrağının təsviri olan lentləri necə çıxarıb yerə atdığını və ayaqları altında tapdaladığını görmək olar.
    İkinci videoda isə daha da irəli gedir - çələngləri çevirərək mühasirəyə alınan uşaqları "faşist" adlandırır və "bu hadisəni təsdiq edən heç bir sənəd olmadığını" iddia edir.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1181236.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib23 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    38
    11
    28
    27
    23
    24
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar