Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Zəfər” musiqi və teatr festivalı çərçivəsində İsmayıllıda konsert keçirildi - FOTO Xəbərlər

0

  • 8 Noyabr - Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr - 8 noyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Zəfər" musiqi və teatr festivalı keçirilir.
    6 noyabr tarixində festival çərçivəsində Ismayıllı rayonunda Beynəlxalq Muğam Mərkəzinin konsert proqramı təqdim olunub.
    Tədbirdə ictimaiyyət nümayəndələri, şəhid ailələri, 44 günlük Vətən Müharibəsinin iştirakçıları və şəhər sakinləri iştirak ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilən, tarixi qələbəmizə həsr olunmuş konsert proqramından əvvəl İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, millət vəkili Novruz Aslan, qiraət ustası Pünhan İsmayıllı çıxış edərək Zəfər bayramı münasibətilə rayon sakinlərini təbrik ediblər. Daha sonra Beynəlxalq Muğam Mərkəzinin musiqiçiləri muğamlar, xalq mahnıları və təsniflərdən ibarət rəngarəng proqramla çıxış edib. Xanəndələr  Elgiz Əliyev, Nisbət Sədrayeva,  Könül Xəlilzadə və Məmməd Nəcəfovun çıxışları sakinlər tərəfindən alqışlarla qarşılanıb.


    Mənbə: https://news.milli.az/culture/1156790.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi5 ay öncə
    İzlənib24 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    26
    141
    19
    25
    24
    26
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar