Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Zəlzələ Azərbaycanda mənzillərin ucuzlaşmasına səbəb olub? Xəbərlər

0

  • Yüngül hiss olunan zəlzələlər adətən mənzil bazarında qiymətlərə deyil, qısa müddətdə aktivliyə təsir edir. İnsanlar bir qədər gözləmə mövqeyinə keçir. Lakin qısa müddətdən sonra yaddan çıxır və yenidən bazara qayıdırlar.
    Sonxeber.pro bildirir ki, bunu Trend-ə "MBA Consulting Group" şirkətinin direktoru Nüsrət İbrahimov deyib.
    O qeyd edib ki, insanlar mənzil bazarına tələbatlarını ödəməlidir.
    "Zəlzələdən sonra insanlar müəyyən qədər geri çəkilir, amma bir müddətdən sonra geri qayıdırlar. Yəni, zəlzələ aktivliyə təsir edir. Digər tərəfdən isə zəlzələ insanların seçiminə də təsirini göstərir. Belə ki, insanlar mənzil alarkən əvvəl diqqət etmirdisə, indi seçim edir, binanın keyfiyyətli tikilməsi, yerləşmə yeri və s. bu kimi məsələləri araşdırırlar", - deyə o, əlavə edib.
    Azərbaycanda binaların keyfiyyətinə gəlincə isə N.İbrahimov bildirib ki, hələ sovetlər dönəmində Azərbaycanda binaların tikintisinə və qəbuluna yüksək tələb var idi.
    "O vaxtlar standartlar çox sərt idi. Ənənələr keçmiş sovet respublikalarında qalıb. Mən Türkiyədə, Dubayda, Londonda və digər şəhərlərdə də binalara baxmışam. Bizim binalarımız heç də onların binalarından keyfiyyətsiz deyil", - deyə şirkət direktoru vurğulayıb.
    Qeyd edək ki, ötən gecə Azərbaycanda 4,9 maqnitudasında zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, zəlzələ Masallı və Cəlilabad rayonlarının sərhədində olub.
    Zəlzələnin dərinliyi isə 13 kilometrdə yerləşib. Ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1139406.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib34 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    39
    27
    31
    22
    26
    10
    13
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar