Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bəs, metroda çəkiliş etmək qadağan deyildi? - VİDEO Xəbərlər

0

  • Əməkdar artist Rafael İsgəndərovun metrodan paylaşımı müzakirələrə səbəb olub. 
    Buz.Su axşam.az-a istinadən xəbər verir ki, 21 il sonra metroya mindiyini bildirən aktyor tənqid edilib. İzləyicilərin bəzisi onu ictimai nəqliyyatdan istifadə edənləri təhqir etməkdə günahlandırıb. 
    R.İsgəndərov isə yazılanlara "Ay camaat, hamıya təşəkkür edirəm. Amma təki yazmaq xətrinə nə gəldi yazmayın. Öz sevincimi bildirdim ki, metroya minmişəm. Nə metro ilə gedənləri pislədim, nə də metronu. Allah xalqımızı, vətənimizi qorusun" cavabını verib. 
    Digər diqqətçəkən məqam isə metroda çəkiliş aparılması olub. Belə ki, sözügedən məkanda foto və video çəkilişi qadağandır. Bununla bağlı xəbərdarlıq lövhələri stansiyalarda divarlara vurulub. Hətta sosial şəbəkə istifadəçiləri metroda çəkiliş edən zaman polislərin onlara yaxınlaşmasını, irad bildirməsini də xatırladıblar.
    Aktyor bununla bağlı suallara "Hələ səs çıxmayıb" cavabını verib. 
    O, daha sonra "Sağ olsunlar, hələ yaxınlaşıb şəkil də çəkdirdilər" sözlərini əlavə edib. 
    Qeyd edək ki, çəkilişin qadağan olunması Nazirlər Kabinetinin qərarı ilə Bakı Metropolitenindən istifadə qaydalarında mövcuddur. Qaydaya əsasən Bakı metropoliteninin rəhbərliyinin icazəsi olmadan metroda foto, video və kino çəkilişləri aparmaq olmaz.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1182893.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    32
    35
    29
    14
    41
    40
    14
    29
    31
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar