Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
18 il sonra Şeron Stoundan “Kurtlar Vadisi” serialı ilə bağlı ETİRAF - VİDEO - FOTOlar Xəbərlər

0

  • Hollivud ulduzu Şeron Stoun təxminən 18 il əvvəl "Kurtlar Vadisi" serialında rol alıb.
    Buz.Su oxu.az-a istinadən xəbər verir ki, serialda həmkarı Endi Qarsiya ilə qonaq aktyor qismində iştirak edən 66 yaşlı aktrisa "TRT World"də  Şotlandiyanın keçmiş baş naziri Aleksandr Salmondun aparıcısı olduğu "Turkish Tea Talk" proqramında serialla bağlı maraqlı açıqlamalar verib.
    Ulduz filmdə çəkildiyi üçün yaxşı qonorar aldığını, amma bir sıra çətinliklər yaşadığını bildirib.
    "Çəkiliş meydançasına getdik. Bizdən başqa heç kim ingiliscə danışmırdı. Dolayısı ilə onlar türk dilində danışır, bizsə ingilis dilində cavab verirdik. Səhnələrdə də eyni hal yaşanırdı. Beləliklə, nə Endinin, nə də mənim nə oynadığımız barədə xəbərimiz yox idi, tamam itmişdik. İndiyə qədər gördüyüm ən lüks çəkiliş meydançası, möhtəşəm villa, gözəl geyimlər, amma heç kim ingiliscə danışmır... Biz sadəcə nə dediyimizi bilirdik", - deyə ulduz etiraf edib.
    Aparıcı bunun əksinə daha yaxşı olduğunu və Ş.Stounun bu vəziyyətinin oynadığı obraza görünməsi lazım olan əsrarəngliyi verdiyini bildirib.
    Qeyd edək ki, filmdə baş qəhrəman Polad Alemdarı canlandıran Necati Şaşmaz Şeron Stoun ilə oynadığı zaman təcrübəsizliyindən danışıb.
    "Çox təcrübəsiz bir iş görmüşəm. Öpüşmə səhnəsini 24 dəfə təkrarladıq", - deyə o qeyd edib.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1200980.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib8 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    9
    12
    15
    13
    14
    32
    26
    19
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar