Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Donuz tükündən və süpürgədən başlayan yol - Diş fırçası belə yaranıb Xəbərlər

0

  • Gigiyenasına diqqət edən hər kəsin evində mütləq diş fırçası olur. Bəs görəsən diş fırçası olmayanda insanlar nə edirdilər, o necə yaranıb?
    Lent.az "Belə yaranıb" rubrikasında diş fırçalarının yaranması barədə məlumat verir.
    Tarixdə bilinən ilk diş fırçası Qədim Misirdə eramızdan əvvəl 3000-ci ildə qələm boyda ağac budaqlarından hazırlanıb. 
    İslam yarandığı illərdən etibarən, müsəlmanlar Məhəmməd peyğəmbərin tövsiyəsi ilə Salvadora persica (misvak) ağacının kiçik budaqlarının ucunu saçaqlı hala gətirərək, fırça kimi istifadə edirdilər. Görünür misvak ona qədər də bu məqsədlə istifadə edilirmiş. Elmi araşdırmalara görə, misvak ağacının tərkibində diş və damaq sağlığına faydalı olan elementlər var.
    Uzun illər insanlar dişlərini təbaşir, duz, soda, yaşıl qoz qabığı kimi vasitələrlə də təmizləyiblər.
    Bugünki diş fırçasını xatırladan ilk diş fırçası 1498-ci ildə Çində hazırlanıb. Çinin soyuq iqlimində yaşayan donuzların boyunlarının arxasından qoparılan tüklər sapla bambuk ağaclarına bərkidilirdi. Şərqdən olan tacirlər bu fırçaları avropalılara tanıtdırdılar. Avropada donuz tükü at tükü ilə əvəz olundu. 



    Müasir diş fırçasının "atası" isə 240 il öncə həbsxanada yatmış bir dustaq hesab olunur. 1780-ci ildə həbsdə yatan Vilyam Addis süpürgədən ilhamlanaraq kiçik heyvan sümüyü üzərində açdığı dəliklərə saman çöpləri yerləşdirməyə başlayıb. O, bu aləti çürük dişlərinə dolmuş yemək qalıqlarını təmizləmək üçün hazırlamışdı. Həbsdən çıxdıqdan sonra Vilyam ixtirasının patentini alır və zəngin olmağa başlayır. Onun qurduğu "Wisdom Toothbrushes" şirkəti hələ də diş fırçalarının istehsalı ilə məşğuldur.
    1938-ci ildən isə diş fırçalarının taxta və dəmir tutacaqlarını kauçuk (daha sonralar plastik) əvəz eləməyə başladı. Diş fırçasının tükləri isə daha heyvan tüklərindən yox, sintetik maddələrdən hazırlanmağa başlanıldı.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/interest/1192841.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməMaraqlı
    KateqoriyaƏyləncə
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib14 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    30
    36
    36
    41
    31
    15
    30
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar