Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"EG.5 ştammı dünyada geniş yayılsa, Azərbaycana da gələcək" Xəbərlər

0

  • "Qlobal dünyada nə varsa, Azərbaycanda da olacaq. Yəni əgər COVID-19-un yeni EG.5 ştammı dünyada geniş yayılsa, Azərbaycanda da yoluxma halları baş verəcək".
    Sonxeber.pro report-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı jurnalistlərə açıqlamasında deyib.
    ÜST rəsmisinin sözlərinə görə, bir neçə müddətdir COVID-19-a yoluxma saylarında nisbətən artım var:
    "Lakin insanlar təşvişə düşmədən özlərini qorumağa davam etməlidirlər. Azərbaycan qlobal dünyanın bir hissəsidir. Ona görə də qlobal dünyada nə baş verirsə, Azərbaycana da təsir edəcək. Yəni əgər EG.5 ştammı dünyada geniş yayılsa, Azərbaycana da gələcək".
    H.Harmancı deyib ki, pandemiya zamanı Azərbaycanın səhiyyə sahəsini səfərbər edə bildi, tibb işçilərini bir araya gətirdi və eləcə də əhaliyə düzgün statistikanı verdi. O vurğulayıb ki, ölkə bununla vacib işləri görməyi bacardı: "Yeni ştamlara qarşı görüləcək tədbirlər əvvəlki kimidir. Məsələn, gigiyena qaydalarına riayət etmək, özümüzü yaxşı hiss etmiriksə, evdə qalmaq, maskadan istifadə etmək və s. Yeni EG.5 ştammının yoluxuculuq qabiliyyəti yüksəkdir, lakin bildiyimiz qədər ağır nəticələri olmur".
    Qeyd edək ki, ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedib.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/country/1140152.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib37 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    25
    7
    33
    30
    26
    25
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar