Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
2024-cü ildə "Abşeron" yatağının işlənməsi üzrə mühüm addımlar atılacaq Xəbərlər

0

  • Xəzər dənizindəki "Abşeron" yatağının tammiqyaslı işlənilməsinə dair yekun investisiya qərarı 2024-cü ilin sonunadək qəbul edilə bilər.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, SOCAR, "TotalEnergies" və "ADNOC" gələn il yekun investisiya qərarına nail olmaq məqsədilə intensiv konsultasiyalar keçiriblər.
    "Yekun investisiya qərarı 2024-cü ilin sonunadək yekun investisiya qərarı olarsa, "Abşeron" yatağının tammiqyaslı işlənilməsi nəticəsində ilk qaz 2028-ci ildə əldə oluna bilər", - mənbə qeyd edib.
    Onun sözlərinə görə, "Abşeron" yatağında tammiqyaslı hasilat ildə 5-6 milyard kubmetr qazın çıxarılmasını nəzərdə tutur.
    "Tammiqyaslı işləmələr üzrə konsultasiyalar təkcə müddətlərlə deyil, həm də qaz bazarları ilə bağlıdır", - deyə mənbə bildirib.
    O, "Abşeron" yatağının 2024-cü ildə 1-ci mənimsəmə fazası üzrə ildə1,5 milyard kubmetr qaz olmaqla hasilatın pik həddinə çatmağı planlaşdırdığını qeyd edib.
    Qeyd edək ki, "Abşeron" yatağında 1-ci faza üzrə qaz hasilatı 10 iyul 2023-cü ildə başlayıb və bu il yataqdan 700 milyon kubmetrdən çox qaz əldə etmək olar.
    "Abşeron" yatağı Bakı şəhərindən 100 km məsafədə, Xəzər dənizinin Azərbaycan sektorunda 500 metr dərinlikdə yerləşir.
    İlkin qiymətləndirməyə görə, yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir.
    "Abşeron" layihəsinin iştirakçıları SOCAR (35 faiz), "TotalEnergies" (35 faiz) və "ADNOC" (30 faiz) şirkətləridir.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/economy/1173129.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20
    10
    32
    31
    30
    31
    21
    6
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar