Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
9 il ərzində tək bel çantası ilə, smartfonsuz dünyanı gəzən qız - FOTOlar Xəbərlər

0

  • ABŞ-ın Ohayo ştatından olan 30 yaşlı Lesli Maknair universiteti bitirdikdən sonra dünya səyahətinə çıxıb. Bu günə qədər qadın altı qitədə 80-ə yaxın ölkəni ziyarət edib.
    Buz.Su sfera.az-a istinadən xəbər verir ki, gənc qız "Jencysworld" YouTube kanalına verdiyi müsahibədə səyahətlərindən gəldiyi əsas qənaətlərdən danışıb.
    İndi köçəri səyyah Milad bayramını qeyd etmək üçün Filippindədir. Onun bundan sonra nə olacağı barədə heç bir fikri yoxdur.
    Lesli bir dostu ilə Avropanı gəzdikdən sonra həyatının dəyişdiyini deyir. Gənc qadın hər şeydən əl çəkib, tək bel çantası və smartfonsuz səyahətə təkbaşına davam etmək qərarına gəlib. Onun gündəlik büdcəsi cəmi 10 dollardır. Bu o deməkdir ki, o, pul və ya karyera yüksəlişi sarıdan da narahat deyil.
    "Hər şeyimi satdım, nə vaxt geri qayıdacağımı bilmirdim. Nə qədər səyahət edəcəyimi bilmirdim, amma bunun doqquz il davam edəcəyini də gözləmirdim" - deyir.

    Lesli yaşayış yeri icarəyə götürmür, "CouchSurfing" xidmətindən istifadə edərək əlaqə qurduğu yerli sakinlərlə pulsuz qalır. Qadın tanımadığı adamlarla tez dil tapdığını və risk etməkdən qorxmadığını deyir.
    Lesli əlavə edir: "Həyatımda heç vaxt smartfon olmayıb, ona görə də harasa getməyim üçün marşrutlar yazmağa öyrəşmişəm. Mən tez-tez avtostop edir və hər gecə başqa yerdə yatıram"
    Səyahət etmək üçün sevimli yerə gəldikdə isə, Lesli Afrikanın adını xüsusilə vurğulayır.



    "Düşünürəm ki, Afrika, rahatlıq zonasından çıxmaq, əylənmək, qonaqpərvərliyi və mehribanlığı birləşdirən inanılmaz insanlarla tanış olmağa görə səyahət üçün ən yaxşı qitədir" - deyə o, əlavə edir.
    Lesli hazırda Milad bayramını Filippində qeyd etməyi planlaşdırır. Bundan sonra planı haqqında hələ ki, özü də heç nə bilmir.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1165779.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    12
    13
    26
    26
    28
    9
    2
    18
    25
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar