Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Dünya rekordçusu faciəvi şəkildə öldü Xəbərlər

0

  • Keniyalı marafonçu Kelvin Kiptum 24 yaşında yol qəzasında dünyasını dəyişib.
    Buz.Su publika.az-a istinadən xəbər verir ki, bu barədə "Nation Africa" məlumat yayıb.
    Bildirilib ki, Kiptumun idarə etdiyi avtomobil bazar günü axşam saatlarında qəzaya düşüb. Avtomobildə idmançıdan başqa daha iki sərnişin olub. Onlardan biri, Kiptumun məşqçisi Gervais Hakizimana da dünyasını dəyişib. İkinci sərnişin qız olub, o, xəsarətlərlə xəstəxanaya aparılıb.
    Kiptum aprelin 14-də Rotterdam marafonunda iştirak etməli idi. O, həmçinin 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunları üçün Keniya yığmasının heyətinə daxil edilmişdi.
    2023-cü ildə Kiptum planetin bir sıra əsas marafonlarında - London və Çikaqoda iki yarışda qalib gəlib. Ümumilikdə bu seriyaya altı yarış daxildir - London, Berlin, Tokio, Nyu-York, Boston və Çikaqo. O, ötən il oktyabrın 8-də Çikaqo marafonunda 42 kilometr 195 metr məsafəni 2 saat 35 saniyəyə qət edərək dünya rekordu vurub.



    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1182360.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib20 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    22
    30
    16
    36
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar