Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
ABŞ çip uğrunda mübarizəyə qoşulur: 6 illik plan nəyə xidmət edəcək? - ŞƏRH Xəbərlər

0

  • "Amerika Birləşmiş Ştatları çip uğrunda mübarizəyə qoşulur".
    Buz.Su bildiir ki, bunu sfera.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
    O bildirib ki, ABŞ də bir sıra ölkələr kimi çip istehsalına əhəmiyyət verməyə başlayıb. Bu məqsədlə "Intel" şirkəti ilə ölkə boyu kompüter çipi zavodlarına 8.5 milyard dollar birbaşa maliyyə ayrılması və 11 milyard dollar kreditlə təmin edilməsi üçün razılığa gəlinib. ABŞ Prezdenti Co Bayden bu sərmayəni Amerikanın gələcəyi üçün vacib adlandırıb. 
    Politoloqun fikrincə, ABŞ-nin hədəfi 2030-cu ilə qədər çip istehsalındakı qlobal payını sıfırdan 20 faizə yüksəltməkdir:
    "ABŞ hazırda çipləri müxtəlif ölkələrdən idxal edir ki, bu da Amerika üçün böyük qüsur sayılır. Çip istehsalına malik olmaması Amerika üçün təhlükəsizlik riski kimi dəyənləndirilir. Dünya çip istehsalında lider ölkələrdən biri Çindir. Vaşinqton isə Çini əsas təhlükəsizlik təhdidi kimi qiymətləndirir və bu ölkənin çip ixracına mane olmağa çalışır".
    E.Şahinoğlu qeyd edib ki, Vaşinqton Pekinin süni intellekt və yarımkeçirici ambisiyalarını məhdudlaşdırmaq istəyir:
    "Bunun üçün Bayden administrasiyası telekommunikasiya nəhəngi olan "Huawei Technologies Co" şirkəti ilə əlaqəli bir sıra Çin yarımkeçirici şirkətini qara siyahıya salmağı düşünür. "Bloomberg" agentliyinin xəbərinə görə, Vaşinqtonun qara siyahıya salacağı şirkətlər arasında "Qingdao Si'En", "SwaySure", "Shenzhen Pensun Technology Co" var. Vaşinqton Çinin çip istehsalçılarına qarşı sanksiyaların tətbiqini də planlaşdırır. Çünki Vaşinqtonda hesab edirlər ki, Çinin yarımkeçiricilər istehsalı ilə məşğul olan şirkətləri "Huawei"in məhdud avadanlıq əldə etməsinə kömək etmək üçün proksi kimi çıxış edirlər".



    Siyasi şərhçi beynəlxalq aləmdə çip istehsalı və bazarı uğrunda mübarizənin getdikcə sərtləşdiyini vurğulayıb:
    "ABŞ hökuməti Hollandiya, Almaniya, Cənubi Koreya və Yaponiya da daxil olmaqla müttəfiqlərinə Çinin yarımkeçirici texnologiyasına girişinə məhdudiyyətləri daha da sərtləşdirmək məqsədilə təzyiqləri artırıb. "Huawei" bu kampaniyanın, eləcə də Pekinin Qərb texnologiyasından asılılığını azaltmaq səylərinin mərkəzində dayanan şirkətlərdən biridir".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1192760.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib20 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    31
    29
    20
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar