Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda 16 yaşlı tələbəni buna görə öldürüblər - TƏFƏRRÜAT - FOTO Xəbərlər

0

  • Ötən ilin 8 fevral tarixində saat 2 radələrində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinin yataqxanasında 16 yaşlı Əliəkbər Mərəyevi qətlə yetirən tələbə yoldaşının məhkəməsi başa çatıb.
    Buz.Su publika.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hadisəni törədən həmin təhsil müəssisəsinin tələbəsi, 21 yaşlı Rəşad Muxtarov Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü (xuliqanlıq niyyəti ilə və xüsusi amansızlıqla adam öldürmə) maddələri ilə təqsirli bilinib.
    Məlum olub ki, Rəşad Mingəçevir şəhər sakinidir və hərbi xidmətini başa vurandan sonra Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Liseyinə qəbul olunub. Əliəkbər isə Lənkəranda məktəbi 9-cu sinifdən bitirərək Bakıda təhsil almağa başlayıb və onların hər ikisi mərkəzin birinci kurs tələbəsi olub.
    Əliəkbər və Rəşad digər 2 tələbə yoldaşları ilə birgə liseyin yataqxanasındakı 204 saylı otağı kirayə götürərək birgə qalmağa başlayıblar. Lakin hadisədən bir neçə gün əvvəl Əliəkbərlə Rəşad arasında sözlü mübahisə olub. Həmin gecə isə Rəşad Əliəkbərə telefonunun səsini azaltmasını bildirib və yatmağa mane olduğunu deyib. Lakin Əliəkbər Rəşadın tələbinə əməl etməyib. Nəticədə gecə saat 02 radələrində Rəşad bıçaq götürərək otaq yoldaşına hücum edib. O, 16 yaşlı tələbəyə ümumilikdə 21 bıçaq zərbəsi endirərək onu qətlə yetirib.
    Məhkəmədə Rəşad Muxtarov hadisəyə otaq yoldaşı Əliəkbərin səbəb olduğunu deyib və peşmanlıq hiss yaşadığını bildirib:
    "Əliəkbərin hərəkətsiz qalmasını görərək təcili yardım xidmətinə zəng etdim, hadisə haqqında məlumat verdim. Daha sonra atama və anama zəng edərək adam bıçaqladığımı dedim. İşıqları söndürüb həkimlərin gəlməsini gözlədim. Etdiyim əməldən peşmanam".
    Məhkəmə prosesi fevralın 13-də başa çatıb. Rəşad Muxtarov 19 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/incedent/1183591.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaHadisələr
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib16 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    12
    13
    20
    26
    24
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar