Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
ABŞ-nin "ölüm mələyi" Gürcüstanın boğazına çöküb Xəbərlər

0

  • Ağ Evin xarici siyasətindəki bəzi ştrixlər zaman-zaman özünü bütün çılpaqlığı ilə büruzə verir. Belə ki, Ağ Ev açıq şəkildə digər ölkələrin daxili işlərinə müdaxilə, özünə sərf etməyən hakimiyyətlərin devrilməsi strategiyasına bu gün də "sadiq" olduğunu nümayiş etdirir. Bu məsələlərdə ABŞ üçün qara işləri görən qurumlardan biri heç şübhəsiz ki, onun Beynəlxalq İnkişaf Agentliyidir (USAİD). Bu qurum vasitəsi ilə ABŞ digər dövlətlərin daxili işlərinə çox asanlıqla müdaxilə edib, oradakı vəziyyəti öz istəyinə uyğun şəkildə dəyişməyə artıq alışqanlıq halına gətirib.
    İstisna edilmir ki, USAİD ABŞ Mərkəzi Kəşfiyyat qurumunun alt qolu kimi yaradılıb və hazırda yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə aktiv şəkildə müdaxilə edərək, orada qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışan qurum funksiyasını icra edir. Bu mənada qeyd edə bilərik ki, son günlər qonşu ölkə Gürcüstanda baş verən hadisələrdə USAİD-in adı geniş hallanmaqdadır. Belə anlaşılır ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi (USAİD) indi də Gürcüstanı qarışdırmaqla məşğuldur.
    Elə USAİD-in 2023-2025-ci illərdə müxtəlif ölkələrdə "vətəndaş cəmiyyəti" quruculuğuna 10 milyard dollara yaxın vəsait ayırdığı faktı bu iddiaları daha da alovlandırır. Göründüyü kimi, Amerika "vətəndaş cəmiyyəti quruculuğu" adı altında bir çox dövlətlərin daxilinə nüfuz edib, həmin ölkələrin narazı kütlələrini küçələrə çıxarmağa müəssər olurlar. ABŞ Amerika xalqının vergiləri hesabına formalaşan büdcəsindən USAİD və digər belə təşkilatların lazımsız və perspektivsiz layihələrinə pul ayırmaqla külli miqdarda vəsaiti göyə sovurmaqla məşğuldur. Məhz bu pullar hesabına, ayırdıqları qrantlar yolu ilə bir çox ölkələrin gününü göy əskiyə bükməyi qarşıya məqsəd qoyub.
    Cənubi Qafqazda ABŞ-nin güc balansını xeyrinə dəyişib, vəziyyəti tamamilə ələ almaq istiqamətindəki "fəallığı" diqqətdən yayına bilməz. Artıq Ermənistan məsələsi "cibdədir". Qalır Gürcüstan və Azərbaycan. Ağ Ev görünür çox yaxşı anlayır ki, Azərbaycanda bunu bacarmaq onlar üçün olduqca çətindir. Böyük ehtimalla son 3 ildə bölgədəki müharibə və antiterror tədbirlərindəki Zəfərlər və uğurlu islahatların USAİD-in Azərbaycanla bağlı planlarının zərrə qədər də olsun reallaşmasına imkan verməyəcəyinin yaxşı fərqindədir.
    Elə bunu nəzərə alaraq ABŞ ölüm mələyi (USAİD) vasitəsi ilə Cənubi Qafqazın digər ölkəsi Gürcüstanın daxili işlərinə müdaxilə edib, orada xaos vəziyyət yaratmaqla, auditoriyanı ələ alıb, prosesləri istəklərinə uyğun şəkildə idarə etməyi qarşılarına məqsəd qoyublar. Bununla bağlı Gürcüstanın güc strukturlarının əlində artıq kifayət qədər material var. Son olaraq sentyabrın 25-də vaxtilə Gürcüstan, həmçinin Serbiya və Ukraynada rəngli inqilablarda iştirak etmiş 3 Serbiya vətəndaşının, bu ölkənin QHT-si olan "Kanvas" təşkilatının üzvləri Sinişa Siqman, Yelena Stoyşiç və Slobodan Cinoviç USAİD-in xətti ilə Tbilisiyə gəlməsi bütün qaranlıq məqamlara aydınlıq gətirir.
    26-29 sentyabr tarixlərində məhz sözügedən serbiyalı fəallar Tbilisinin otellərindən birində gürcü QHT-ləri və ictimai fəalları üçün təlim keçiblər. Onları dövlət orqanlarına qarşı fəaliyyət, yollarda piket və süni avtomobil tıxaclarının yaradılması və s. istiqamətində təlimatlandırıblar. Sentyabrın 29-da Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Serbiya vətəndaşlarını sorğu-sual etmək üçün dəvət edib və ölkədən çıxarıb. Gürcüstan höküməti USAİD-ə müraciət edərək bu təlimlərin əsl məqsədlərini açıqlamağa çağırıb.
    ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Gürcüstanı qarışdırmaqla məşğuldur. Son günlər qonşu ölkədə baş verən hadisələrdə artıq USAİD-in barmağının olduğu zərrə qədər də istisna edilmir. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti oktyabrın 2-də açıqlama yayaraq, USAİD-i ölkədə hakimiyyət dəyişikliyi məqsədilə zorakı etiraz aksiyası metodları üzrə təlim keçən serbiyalılar maliyyələşdirməkdə ittiham etməsi deyilənləri bir daha təsdiq edir.
    Bu, USAİD-in əsl simasıdır. Başda USAİD olmaqla ABŞ hökumətinə bağlı olan yerli təşkilatlar və hərəkatlar vətəndaş cəmiyyətlərinin inkişafına töhfə verməkdən daha çox, siyasi proseslərə müdaxilə etmək, cəmiyyətdə qarşıdurma yaratmaq, prosesləri manipulyasiya etmək məqsədi güdürlər. Qeyd edə bilərik ki, bu gün Gürcüstanın üzləşdiyi problemləri Azərbaycan illər əvvəl yaşayıb, amma güclü dövlət olaraq USAİD kimi qurumların planlarının reallaşmasına imkan verilmədi.
    Son illər də biz USAİD-in iştirakı ilə anoloji addımların artdığını müşahidə etdik. Azərbaycanda müharibə əleyhinə hərəkatın - NoWar-çıların mövqelərinin güclənməsi üçün USAİD və digər xarici təşkilatların səylərini artırması da təsadüfi deyildi. Məqsəd status-kvonun saxlanması, Azərbaycan ərazilərinin azad olunmasına maneələrin yaradılması idi. USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb. Rəsmi Bakı bütün xarici qüvvələrin müdaxilə və təzyiqlərindən yayınmağı bacardığı kimi, bunun da öhdəsindən gəlməyi bacardı.
    Məqsədləri artıq sirr deyil. Dövlətlərin müstəqil iradəsinə təsir göstərə biləcək təzyiq alətləri yaratmaq, ehtiyac duyulduğu zaman geosiyasi, iqtisadi və digər maraqların təmin edilməsi üçün bu alətlərdən dövlətimizə və xalqımıza qarşı istifadə etməyə çalışmaq USAİD və onun kimi təşkilatların iş prinsipidir. Bunun üçün ən böyük silahları heç şübhəsiz ki, adda "müxalif" olub, əməldə isə radikal addımları ilə yadda qalan qüvvələrdir.
    Zərrə qədər də istisna edilmir ki, radikal müxalifətin zaman-zaman, ən müxtəlif adlar altında yaratdığı təsisatlar məhz Qərbin bu cür dairələrinin dəstəyi sayəsində yaradılır, maliyyələşdirilir və ayrı-ayrı "beynəlxalq" təsisatlar tərəfindən açıq şəkildə dəstəklənirlər. Lakin xarici qüvvələrin bu yolla müxalifətin hakimiyyətə qarşı birliyini təmin etmək, ondan güclü alternativ formalaşdırmaq cəhdləri ölkəmizdə baş tutmadı, xalq süni şəkildə stimullaşdırılan bu prosesi və onun pozucu iştirakçılarını qəbul etmədi və nəticədə bir sıra postsovet ölkələrinin bugünkü problemlərinin kökündən dayanan kataklizm ssenarilərini Azərbaycanda reallaşdırmaq mümkün olmadı. Elə bu səbəbdən də USAİD "xoşbxəxtliyi" başqa yerlərdə axtarmaqdadır.

    Təhməz Əsədov
    TREND

    Mənbə: https://news.milli.az/politics/1152921.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    29
    24
    38
    21
    28
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar