Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Ağadadaş Ağayevdən mahnısını oxuyan Vasifə İRAD: " Yerindən duran..." - VİDEO Xəbərlər

0

  • "Gətirib bəzi musiqiçiləri otuzdururlar efirdə. Orada palatka toyunun ab-havasını, qoxusunu insanlara yansıdırlar. Buna ehtiyac yoxdur, xoşum gəlmir. Azərbaycanda insanlar bu gün estradaya acdır. Yerindən duran nə gəldi oxuyur".
    Buz.Su axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Özəl" proqramında deyib. Müğənni Verilişlərdən və təqdim edilən mahnılardan şikayət edib. O bildirib ki, efirdə yayımlanan musiqilər insanların zövqünü korlayır:
    "Bakılı qız" mahnısı ilə sənətə vəsiqə aldım. Həmin vaxtlar çox bayağı mahnıları ucuz aranjiman edib, efirə çıxardırdılar. O vaxt böyük təqdimat etdik. Cavan Zeynallı çıxıb dedi ki, (Cavan Zeynallını yamsılayır - red.) hər gün efiri açıram ağlamalı mahnılar. Birdən Vasif - cavan oğlan çıxır və "Bakılı qız" oxuyur, ürəyim açıldı.
    Mən toy bazarını düşünmədim. 4-5 il altı-səkkiz ritmində mahnı oxumadım, amma hər gün toyum oldu. Düzgün yol seçsən, pul səni tapacaq. İndi mahnılar çıxıb: sən, mən, o... Bu, nədir?".
    V.Məhərrəmli Xalq artisti Ağadadaş Ağayevin ona bildirdiyi iraddan söz açıb:
    "Vəfalı yarım" mahnısının 40-dan çox yaşı var, Ağadadaş Ağayevin repertuarındandır. Oxudum, bir az dəyişdim. Dedi ki, oxumusan, amma dəyişmə. İradı qəbul etdim, gedib studiyada yenidən oxudum".
    Müğənni aparıcı Kazım Sübhanın "Toy musiqisinin efirə çıxmasına gərək var idi" sualına belə cavab verib:



    "Bu, təhqirdir, bu ifadəni qəbul etmirəım. Deyirlər, toy toyda qalmalıdır, efir efirdir. O nə deməkdir? Elə şey yoxdur. Özün maarifləndirməlisən. Elə oxumalısan ki, camaat mariflənməlidir. Söhbət mahnı janrından gedirsə, hamısı mahnıdır. Gəlib, romans, ballada oxuyursansa, başqadır".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1202356.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi1 həft. öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    7
    31
    16
    18
    37
    62
    5
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar