Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Avropa təlxəkləri Bakıya qarşı: iki qətnamə, iki biabırçılıq Xəbərlər

0

  • Bu gün Fransa Senatında ötən ilin dekabrın 1-də təklif edilmiş partiyalararası qətnamə müzakirə edilib və səs qoyulub. Sənəddə Azərbaycan "Dağlıq Qarabağ ermənilərinə qarşı təcavüz"də, "Ermənistanın ərazi bütövlyünü pozmaq və təcavüz cəhdləri"ndə suçlanır. Sənəd Azərbaycana qarşı cəza sanksiyalarına, "qarabağlı ermənilərin geri qayıdışının təminatı"na çağırır.
    Fransa Senatı 295 lehinə, 1 əleyhinə səslə ölkə hökumətini Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməni qəbul edib.
    Fransalı senatorların absurd davranışı Avropa parlamentində də təkrarlanıb.
    Belə ki, Avropa Parlamenti Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini müşahidə etməyəcək.
    Avropa Parlamentinin Demokratiyaya Dəstək və Seçki Koordinasiya Qrupunun (DEG) həmsədrləri, deputatlar Devid MakAllister və Tomas Tobenin yaydıqları bəyanatda həmçinin, Avropa Parlamentin nə seçki prosesi, nə də seçkilərin nəticələri barədə şərh verməyəcəyi əlavə olunub.
    Hər hansı parlamentarinin Azərbaycandakı seçkilərə münasibət bildirmək qərarına gəldiyi halda isə o, bunu öz təşəbbüsü ilə etmiş olmalı və heç bir halda Avropa Parlamentinin adından çıxış etməməlidir.
    Göründüyü kimi, Avropa Parlamenti Azərbaycanda növbədənkənar prezident seçkilərinə təxminən 3 həftə qalmış növbəti paradoksal addım atıb. Bəyanatın absurdluğu isə ilk növbədə onunla bağlıdır ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün Avropa Parlamentinə dəvət göndərməyib.
    Xatırladaq ki, Azərobaycan XİN bəyanat yayaraq növbədənkənar Prezident seçkiləri ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat (GUAM), Türk Dövlətləri Təşkilatı (TDT) və Qoşulmama Hərəkatının Gənclər Təşkilatına müvafiq notalar göndərildiyi açıqlanmışdı.
    Yəni, rəsmi Bakının seçkilərin müşahidəsi ilə bağlı dəvət yolladığı təşkilatların siyahısında Avropa Parlamentinin, yaxud Aİ-nin hər hansı digər strukturunun adı çəkilmir. Odur ki, rəsmi Bakıdan dəvət almayan Avropa Parlamentinin seçkiləri müşahidə etməyəcəyi barədə bəyanat verməsi həqiqətən məntiqsiz görünür.
    Digər məqamsa odur ki, Avropa Parlamentinin bəyanatı fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı Avropa İttifaqının növbəti dəfə rəsmi Bakı ilə normal dialoqa yox, təzyiq cəhdlərinə yönələn, konstruktiv və rasional olmayan davranış modelini nümayiş etdirir.
    Avropa İttifaqında Almaniya ilə birlikdə "böyüklər dueti" təşkil edən Fransa senatının və ümumiyyətlə, rəsmi Parisin ölkəmizə qarşı həddən ziyadə aqressiv siyasəti, Bakıya fasiləsiz olaraq təzyiq göstərmək cəhdləri heç bir halda dialoqa köklənmiş siyasət sayıla bilməz.
    Aİ-nin ali qanunverici strukturu sayılan Avropa Parlamentinin illərdən bəri ölkəmizlə bağlı tutduğu mövqe də ədalətdən, beynəlxalq hüquqdan və məntiqdən çox uzaqdır.
    Digər tərəfdən, bəyanat əslində Avropa İttifaqının növbəti dəfə rəsmi Bakı ilə münasibətlərində normal dialoq yox, qeyri-konstruktiv yanaşma sərgilədiyini göstərir. Artıq aşkardır ki, Fransa Senatı ilə yanaşı, Avropa Parlamenti də rəsmi Bakının tam müstəqil xarici siyasət yürütməsindən, illüzor dəyərlərə və vədlərə aldanan bəzi postsovet məkanı ölkələrindən fərqli olaraq Azərbaycanın konseptual diplomatiya kursunu seçməsindən çox narahatdır. Müstəqil xarici siyasət və kənardan alınan təlimatlarsız iqtisadi kursun seçilməsi Parislə Strasburqda təşviş yaradıb. Fransalı senatorlar kimi, avroparlamentarların da əsas məqsədləri Azərbaycaqla Avropa İttifaqı arasındakı məhsuldar işbirliyinə və tərəfdaşlığa maneələr yaratmaqdır.
    Bu qərəzin əyani nümunəsi 2023-cü il oktyabrın 5-də Avropa Parlamentinin Azərbaycanın Qarabağda apardığı antiterror tədbirlərini pisləyən və bunun məsuliyyətini daşıyan şəxslərə sanksiya tətbiq edilməsinə, Avropa İttifaqının rəsmi Bakı ilə münasibətlərinə yenidən baxmasına çağırış edən qətnamə qəbul etməsi idi.
    Hətta Qarabağa separatçılarının əsas sponsoru olan Ermənistanın antiterror tədbirlərinə neytral yanaşması fonunda Avropa Parlamentinin həmin qərəzli sənədi qəbul etməsi növbəti absurd kimi görünürdü.
    Azərbaycana qarşı hücumlar isə yenə də davam etdirilirdi. Avropa Parlamentinin Xarici əlaqələr komitəsinin ötən ilin noyabrın 29-da qəbul etdiyi illik hesabatlarda Azərbaycanla bağlı beynəlxalq hüquqa zidd, qeyri-etik, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fikirlər yer almış, rəsmi Bakı tərəfindən qətiyyətlə rədd edilmişdi.
    Fransa Senatında ölkəmizə qarşı qəbul ediləntqətnamələrin mahiyyəti və səbəbi anlaşılandır. Lakin Avropa Parlamentinin də absurd və paradoks yarışında fransalı senatorları üstələmək cəhdi sadəcə, ironiya doğurur.
    Vəziyyət tragikomikdir: Avropa Parlamenti Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı özü özünə dəvət yollayır, sonra dəvətdən imtina edir, sonda da qətnamə qəbul edərək seçkiləri müşahidə etməyəcəyini vurğulayır.
    Aşkar ermənipərəst mövqe tutan parlamentarların sayının normal, adekvat mövqeli deputatlarla müqayisədə total əksəriyyət təşkil edən Avropa Parlamenti 2020-ci ildən sonra rəsmi Bakıya qarşı faktiki olaraq düşmən mövqe tutub.
    Müxtəlif ölkələrdəki erməni icmalarının diaspor təşkilatları ilə sıx korrupsiya əlaqələri olan, ianələr və donor yardımları adı ilə ermənilərdən, o cümlədən Ermənistandan müxtəlif yollarla, amma sürəkli olaraq maliyyə vəsaiti alan bir qrup avroparlamentarın fəaliyyəti barədə də məlumatlar az deyil.
    Strasburqdakı struktur Avropa İttifaqının ali qanunverici orqanı olduğu üçün daha rasional davranmalı, beynəlxalq hüququn norma və prinsiplərinə riayətin təminatına çalışmalıdır.
    Amma Azərbaycana münasibətdə bütün bunların tam əksini görürük. Azərbaycan ərazilərinin 20 faizinin erməni işğalında olduğu 30 il ərzində Ermənistanı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasına vadar etmək üçün heç nə (!) etməmiş Avropa Parlamenti sonradan aktivləşdi.
    44 günlük İkinci Qarabağ Müharibəsindən sonra bu struktur ölkəmizə qarşı ünvanlanmış bir neçə sənəd qəbul edərək Avropa İttifaqını Azərbaycana qarşı cəza sanksiyaları və embarqolar tətbiq etməyə çağırdı.
    Proses indiyədək dayanmadan davam edir: Avropa Parlamenti artıq bir neçə dəfə Aİ-ni Azərbaycanın təbii qazından və xam neftindən imtinaya çağırıb.
    Bu, gerçəkdən də siyasi idiotizm, geosiyasi sərsəmlikdir.
    Seçkilərin müşahidəsinə gəldikdə isə, Avropa Parlamentinin müşahidə missiyasını ölkəmizdə görmək istəmirik.
    Ermənistanı və erməniləri daim dəstəkləyən, erməni separatizminə göz yummuş Avropa Parlamentinin missiyasının hansı məzmunda və necə hesabat hazırlayacağı zatən, bəlli məsələdir.
    Siyasi təlxəklərdən başqa nə gözləmək olar ki...
    Elçin Alıoğlu
    TREND

    Mənbə: https://news.milli.az/politics/1176154.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    27
    24
    30
    29
    28
    30
    27
    40
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar