Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Avropanın mərkəzində bu şəxslərə ev, iş verilmir - Rasizm pik həddə Xəbərlər

0

  • Avropada irqi-ayrı seçkilik sürətlə yayılmaqda davam edir. Avropa Birliyində yaşayan Afrika əsilli insanların demək olar ki, yarısı gündəlik həyatlarında ayrı-seçkiliyə məruz qalır. İrqçiliklə bağlı ən çox şikayət isə Almaniya və Avstriya ilə bağlıdır. Avropa İttifaqının Fundamental Hüquqlar Agentliyinin (FRA) direktoru Maykl O'Flahertinin araşdırmasının nəticələri də bunu deməyə əsas verir.
    Buz.Su bildirir ki, FRA-nin direktoru Maykl O'Flaherti Avropa 13 ölkə ( Fransa, Almaniya, Avstriya, Belçika, Danimarka, İspaniya, Finlandiya, İrlandiya, İtaliya, Lüksemburq, Polşa, Portuqaliya və İsveç ) arasında apardığı sosial araşdırmaların nəticələrini Vyanada təqdim edib. O, bildirib ki, yuxarıda adıçəkilən ölkələrdə irqçiliyin qabarıq şəkildə üzə çıxdığını vurğulayıb. Məlumatda Aİ-də yaşayan Afrika əsilli insanların 45 faizinin son beş ildə irqi ayrı-seçkiliyin qurbanı olduğu qeyd edilib. Eləcə də, bu rəqəmin 2016-ci ildə 39 faiz olduğu bildirilib.

    Almaniyada sorğuda iştirak edənlərin 76 faizi, Avstriyada isə 72 faizi dəri rəngi və dininə görə diskriminasiyaya məruz qaldıqlarını etiraf edib. Onlar bunu işə qəbul olunarkən, qalmağa ev axtararkən, təhsil müəssisələrində daha çox hiss edirlər. Soğru nəticəsində məlum olub ki, Avropada yaşayan Afrika əsillilərin sözügedən ölkələrdə işlə təmin olunmaları üçün yüksək qabiliyyətləri olmalıdır, onlar həddindən artıq ixtisaslı olmalıdırlar. Həmçinin, bu ölkələrdəki infilyasiyanın artması da onlarla əlaqələndirilir. Onların yoxsulluq riski bu rəqəmlərə ciddi şəkildə təsir edir.
    Bundan əlavə, Almaniyada küçədə kimlik yoxlamaq üçün saxlanılan şəxslərin 69 faizi bu şəxslər olub.
    FRA direktoru Maykl O'Flaherti 2016-cı ildəki son sorğudan sonra heç bir irəliləyişin olmamasının təəssüf doğurduğunu qeyd edib. O bildirib ki, bu mənfi hal günü-gündən artmaqdadır.
    Qeyd edək ki, sorğuda ümumi 7000-ə yaxın Afrika əsilli şəxs iştirak edib.
    İslam
    Buz.Su

    Mənbə: https://news.milli.az/world/1153162.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    3
    17
    13
    28
    27
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar