Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu gün Xankəndidə qarşıdurma gözlənilir - Səbəb Xəbərlər

0

  • Separatçılar qondarma "parlament"də "prezident" seçkiləri keçirəcək. İki namizəd var: biri Araikin xələfi hesab olunan və keçmiş "Qarabağ klanı"na daxil olan bütün qüvvələr tərəfindən dəstəklənən Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan, Ağdam-Xankəndi yolunun açılmasını - bu, məqsədyönlü mövqedir - qəbul edən Samvel Babayandır;
    Buz.Su axar.az-a istinadən bildirir ki, Babayanın "namizədliyi" qeydə alınmadığı üçün Şahramanyan yeganə "namizəd" kimi separatçıların yeni "başçısı" olacaq. Erməni mənbələr qondarma "seçki" günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini "təxribatlara" uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
    Baş verənlər "seçki günü" Xankəndidə qarşıdurmanın yarana biləcəyini göstərir, hərçənd, mövcud vəziyyətdə Babayan "zəif bənd"dir və onun Şahramanyanı dəstəkləyən qrupa qarşı nəticə əldə etməsi çətin görünür. Bu baxımdan, qondarma "seçki" baş tutarsa, Şahramanyan separatçıların yeni "başçısı" olacaq.
    Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma "seçkilərin" qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların "seçki günü", yaxud ondan sonrakı günlərdə atılması mümkündür.
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1142322.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib31 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    28
    10
    11
    16
    30
    29
    2
    12
    34
    3
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar