Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan investisiyaları maqnit kimi özünə çəkir Xəbərlər

0

  • Azərbaycanın xüsusən Avropa ölkələri ilə neft-qaz əməkdaşlığı sahəsində nailiyyətləri enerji daşıyıcılarının ixracı ilə məşğul olan istənilən ölkə üçün nümunə ola bilər. Azərbaycanı digər ölkələrdən fərqləndirən isə regionda ekoloji cəhətdən təmiz enerjinin inkişafına yönəlmiş təşəbbüslərdə fəal iştirakıdır. Azərbaycan özünü ənənəvi enerji resurslarının etibarlı tədarükçüsü kimi təsdiqləsə də, yerində saymır. Ölkənin ekoloji təmiz enerji ixracı ilə bağlı iddialı məqsədləri getdikcə güclənir və artıq real layihələrə çevrilir.
    Bərpa olunan enerji mənbələrindən (BEM) əldə edilən elektrik enerjisinin ixrac olunmağa başlaması Azərbaycanın enerji strategiyasında yeni dövrün başlanğıcıdır. Prezident İlham Əliyev elektrik enerjisi istehsalının ümumi həcmində bərpa olunan enerji mənbələrinin payını 2030-cu ilədək 30 faizə qədər artırmaq məqsədilə ölkədə BEM-dən istifadənin genişləndirilməsinə birinci dərəcəli əhəmiyyət verib.
    Azərbaycan 27 geqavatdan yüksək olan bərpa olunan enerji, o cümlədən, quruda külək və günəş enerjisi, əlavə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 157 geqavatt külək enerjisi potensialı ilə öyünə bilər.
    Prezident İlham Əliyev 18 may 2021-ci il tarixində Ağdam sakinləri ilə görüşdə bütün Qarabağ bölgəsinin "yaşıl enerji zonası"na çevriləcəyini bəyan edib.
    Azərbaycan BEM sahəsində gələcəklə bağlı qarşısına iddialı məqsədlər qoyub. Ölkə istehsal edilmiş resursların 80 faizini ixrac etmək niyyətilə 2027-ci ilədək ölkə 3 geqavatt külək enerjisi və 1 geqavatt günəş enerjisi hasil etməyi planlaşdırır. Azərbaycan 2037-ci ilədək öz enerji imkanlarını ən azı 6 geqavatadək genişləndirməyi proqnozlaşdırır.
    Azərbaycan bu yaxında 230 meqavatt gücündə Qaradağ Günəş Elektrik Stansiyasını açmaqla iddialı enerji strategiyasının həyata keçirilməsində mühüm mərhələyə keçid edib. Cənubi Qafqazda bu nəhəng günəş elektrik stansiyasının inşası barədə saziş 2020-ci ildə imzalanıb. Nəhayət, oktyabrın 26-da Prezident İlham Əliyev stansiyasının rəsmi açılışında iştirak edib.
    Açılış mərasimində Prezident İlham Əliyev bunun ölkə tarixində tarixi məqam olduğunu deyərək, layihənin bir çox gələcək layihələrdən birincisi olduğunu qeyd edib.
    "Masdar" şirkəti ilə də "yaşıl" enerji sahəsində ümumi gücü 1000 meqavatadək olan layihələrin icrasını nəzərdə tutan əlavə sazişlər imzalanıb. Bu layihələr Biləsuvarda 445 meqavatt gücündə günəş elektrik stansiyasının, Neftçalada 315 meqavatt gücündə günəş elektrik stansiyasının və Abşeron-Qaradağ ərazisində 240 meqavatt gücündə külək elektrik stansiyasının tikintisini nəzərdə tutur.
    "Biz mərhələlərlə 10 geqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik. Bu, məqsədli seçimdir. Bu, bizim təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəmizdir", - Prezident İlham Əliyev deyib.
    Avropaya neft və qaz tədarükçüsü kimi etibarlılığı ilə bilinən Azərbaycan avropalı tərəfdaşlarının enerji təhlükəsizliyinin möhkəmlənməsinə tərəfdardır. Bu yaxında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında "yaşıl" enerjinin inkişafı və nəqli sahəsində strateji tərəfdaşlıq barədə sazişin imzalanması bu istiqamətdə mühüm təşəbbüs oldu. Təkcə bu saiş Qərbi Avropada Azərbaycanın enerji resurslarına tələbatın yüksək olduğunu vurğulayır.
    Bu layihə çərçivəsində Gürcüstanla Rumıniyanı birləşdirən 1195 kilometr uzunluğunda və min meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin çəkilməsi planlaşdırılır.
    "Əlbəttə ki, planlarımız enerji dəhlizini, Xəzər-Avropa İttifaqı enerji dəhlizini yaratmaq üçün tərəfdaşlarımızla fəal işləməkdən ibarətdir. Ötən ilin dekabrında müvafiq müqavilə imzalanıb. Biz artıq fəaliyyətimizə başlamışıq, rəhbər komitə bir neçə dəfə toplanıb. Bir neçə aydan sonra bizim yeni enerji təhlükəsizliyi layihəsinin - Yaşıl Enerji Dəhlizinin, inteqrasiya edilmiş ötürücü, istehsal və istehlak müəssisələrinin, o cümlədən, Qara dənizin dibindən keçəcək elektrik kabelinin tam texniki-iqtisadi əsaslandırması hazır olacaq. Hazırda 4 geqavat gücündə bərpaolunan enerji mənbələri üçün texniki-iqtisadi əsaslandırma hazırlanır", - deyə dövlət başçısı deyib.
    Azərbaycan BEM hesabına elektrik enerjisi istehsalını artırmağa və yaxın illərdə Azərbaycandan Avropaya təmiz enerjinin nəqlinə yönəlmiş konkret təşəbbüsləri təşviq edir. Misal üçün, 9 yanvar 2020-ci ildə Səudiyyə Ərəbistanının "ACWA Power" və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkətləri ilə BEM sahəsində pilot layihələrin başladılması barədə sazişlər imzalanıb. Bu sazişlər pilot layihələrin icrasını, o cümlədən, "ACWA Power"in əməkdaşlığı ilə 240 meqavatt gücündə külək elektrik stansiyasının və "Masdar" ilə birgə 200 meqavatt gücündə günəş elektrik stansiyasının tikintisini nəzərdə tutur.
    Bundan başqa, 30 dekabr 2020-ci ildə "ACWA Power" ilə birlikdə elektrik enerjisinin satın alınması və şəbəkələrə qoşulma ilə bağlı bir sıra yeni investisiya layihələri rəsmiləşdirilib. 13 yanvar 2022-ci ildə "ACWA Power"in əməkdaşlığı "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib.
    15 dekabr 2022-ci ildə Energetika Nazirliyi və Avstraliyanın Fortescue Future Industries (FFI) şirkəti arasında Azərbaycanda bərpa olunan enerji layihələri və "yaşıl hidrogen"in potensialının öyrənilməsi və inkişafı üzrə birgə əməkdaşlığa dair Çərçivə Müqaviləsi imzalanıb. Müqavilə Azərbaycanda bərpa olunan enerji və "yaşıl hidrogen"in istehsalı üzrə ümumi gücü 12 geqavattadək layihələrin araşdırılması və reallaşdırılmasını nəzərdə tutur.
    Azərbaycan dünya səviyyəsində üç ən böyük enerji şirkətləri ilə Anlaşma Memorandumları və müvafiq sazişlər imzalayıb. Bu sazişlərə əsasən həm quruda, həm də dənizdə 25 geqavatt günəş və külək enerjisinin istehsal olunması planlaşdırılır. "Masdar" bu enerjinin 10 geqavattının, "Fortescue" 12 geqavattının, "ACWA Power" isə 2,5 geqavattının istehsalına görə cavabdehdir.
    Dünyanın aparıcı şirkətləri Azərbaycanda enerji sektorunun hüdudlarından kənara çıxan və bir sıra müxtəlif sahələri əhatə edən perspektiv müəssisələrə mühüm investisiyalar qoymağa hazırdır. BEM elektrik enerjisi istehsalının təməl daşı ola biləcəyindən, ölkəyə beynəlxalq investisiyalar əhəmiyyətli dərəcədə arta bilər. Azərbaycan bu artım üçün lazımi şəraitə, o cümlədən, zəngin potensiala malikdir. Bundan başqa, ölkə hökuməti alternativ enerjinin və müasir hüquqi bazanın inkişafına tərəfdardır. Bu amillər ümumilikdə Azərbaycan iqtisadiyyatının uğurunu təşkil edir.
    TREND

    Mənbə: https://news.milli.az/country/1153479.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    31
    31
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar