Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Bakı Təşəbbüs Qrupu önəmli müstəvi olacaq" Xəbərlər

0

  • Burada olmaqdan şadıq və fəxr edirik. Bakı Təşəbbüs Qrupu gələcək işlərimizlə bağlı önəmli müstəvi olacaq.
    Buz.Su Trend-ə istinadən xəbər verir ki, bu barədə Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jan-Jakob Bisep jurnalistlərə açıqlamasında deyib.
    "Buna görə Azərbaycana və Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Bizim üçün bu çox vacib məqamdır. Düşünürəm ki, bu qrup gələcək işlərimizlə bağlı bizə dəstək olacaq", - deyə o əlavə edib.
    Qeyd edək ki, dünən Bakıda Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə "Neokolonizalizm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Konfransda 14 ölkədən, eləcə də, Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin (Yeni Kaledoniya, Fransız Polineziyası, Fransız Qvianası, Martinika və Qvadelupa), həmçinin, Korsika təmsilçiləri də iştirak edib.
    Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda "Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru" adlı konfransın iştirakçıları tərəfindən yaradılıb.
    BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

    Buz.Su

    Mənbə: https://news.milli.az/country/1151828.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    15
    20
    14
    24
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar