Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan Kuntseviç Aleksey Oleqoviçi təhvil verdi Xəbərlər

0

  • Rusiya Federasiyasının axtarışı ilə həbs edilən şəxs həmin ölkəyə ekstradisiya edilib.
    Buz.Su xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.
    Məlumata görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin mütəşəkkil dəstə tərəfindən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə külli miqdarda narkotik vasitələri satmağa cəhd maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsində təqsirləndirilərək, dövlətlərarası axtarışa elan edilmiş 1995-ci il təvəllüdlü həmin ölkənin vətəndaşı Kuntseviç Aleksey Oleqoviçin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
    Belə ki, o, ötən il noyabrın 15-də ölkəmizə gələn zaman Heydər Əliyev adına Beynəlxalq Hava Limanında sərhəd nəzarətindən keçərkən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
    "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxsin ekstradisiyası haqqında qərar qəbul edilib.
    Aleksey Kuntseviç Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1188415.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 ay öncə
    İzlənib19 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    21
    33
    29
    17
    15
    12
    29
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar