Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama - FOTO Xəbərlər

0

  • "Ölmüşdüm. Bu mənim hekayəmin xülasəsi deyil, gerçək baş verənlərdir".
    Buz.Su publika.az-a istinadən xəbər verir ki, bu sözləri xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan buraxıldıqdan sonra ilk paylaşımında yazıb.
    "Aprelin 6-na keçən gecə və doğum günü olan 7 aprel günü boyu baş verənlər...Mən yenidən doğuldum. Ölümü necə təsdiqləmək olur? Bütün daxili orqanlar eyni vaxtda fəaliyyətini dayandırdıqda tənəffüs dayanır və ürək dayanır. Bir neçə dəqiqəlik koma və ya klinik ölüm insanı "tərəvəz"ə çevirir. Həkimlər məni o biri dünyadan qaytardılar. Allah mənə rəhm elədi. Geri qaytardı.
    Bu bir neçə gündə yaxınlarıma və ailəmə yaşadığım ağrıları təsəvvür etmək dəhşətlidir.
    Hər kəsə təşəkkür etmək istəyirəm!
    Prezidentimə, bütün dostlarıma, tanışlarıma, oxucularıma və ümumiyyətlə mənə görə narahat olan bütün insanlara. Onların hamısına təşəkkür edirəm! Mən sizin etimadınızı doğrultmağa çalışacağam. Mən artıq "orada" olmağa macal tapdım. İndi heç qorxmuram. Bir dəfə ölən adam ikinci dəfə ölməkdən qorxmaz. Ancaq tələsməyin. Yəqin ki, hər birimizin öz əcəl vaxtı var. Bu gün xəstəxanadan çıxdım. Fotoda məni "oradan" qaytaran insanlardır. Hər şey üçün onlara təşəkkür edirəm!".
    Xatırladaq ki, ötən həftə Ç.Abdullayev səhhətinin kəskin pisləşməsi ilə bağlı reanimasiyaya yerləşdirilmişdi.
    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1197502.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi2 həft. öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    11
    27
    28
    21
    6
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar