Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan millisinin üzvünə qiymət qoyuldu: 5 milyon avro! Xəbərlər

0

  • Bu günlərdə ölkə futbolunun əsas mövzusu Toral Bayramovun "Qalatasaray"a mümkün keçididir.
    Buz.Su offsideplus.az-a istinadən xəbər verir ki, "Qarabağ" müdafiəçisini satmaq niyyətində deyil. Millimizin üzvü də Avropa ölkələrinin liqalarında çıxış etmək istəyir.
    Ümumiyyətlə, Toralın Ağdam təmsilçisi ilə 2026-cı ilin iyununa kimi müqaviləsi var. Bəs, 23 yaşlı futbolçunu hansısa klub istəsə, "köhlən atlar" müdafiəçini hansı qiymətə satmalıdır?
    Sualımızı ölkəmizdə kifayət qədər tanınan agentlər Vaqif Heydərli və Emil Şükürbəyliyə ünvanladıq. Hər iki menecerin mövzu ilə bağlı fikirlərini təqdim edirik:
    Vaqif Heydərli: "Bildiyim qədəri ilə Toralın "Qalatasaray"a keçidi ilə bağlı real olan nəsə yoxdur. Sadəcə, İstanbul klubu həmin mövqeyə futbolçu axtarır. Böyük ehtimal bu məsələ buradan qaynaqlanır. Bildiyim qədəri ilə "Qarabağ"ın da Toralı buraxmaq fikri yoxdur. Ağdam təmsilçisi indiki halda əsas heyət üzvlərindən birini əlindən buraxmaq istəmir. Sualın ikinci məsələsinə gəlincə isə qiymət mövzusunu biz, sadəcə, ehtimal edə bilərik. Satsa, nə qədər istəməlidir? Amma ümumi situasiyanı, istəyənin "Qalatasaray" olduğunu, bazar qiymətlərini nəzərə alsaq, "Qarabağ" əsas oyunçusu üçün 5 milyon avro tələb edər"
    Emil Şükürbəyli: "Futbolçunun transfer dəyərini müəyyənləşdirərkən bir neçə əsas və ikinci dərəcəli amillər nəzərə alınır. Oyunçunun yaşı, çıxış etdiyi mövqeyi, haradan hara keçdiyi önəmlidir. Bundan əlavə, həmin liqadakı perspektivi və gələcəkdə daha güclü çempionata keçə bilmə ehtimalı da nəzərə alına bilər. Toral Bayramov bu mövsüm əvvəlkilərindən daha məhsuldar çıxışı ilə diqqəti cəlb edir. Maraqlıdır ki, karyerası ərzində sol cinah müdafiəçisi oynasa da, məhsuldarlıq əks cinaha keçəndən sonra artıb. Bir neçə il öncə portuqaliyalı agent tərəfdaşımız oyunçu haqqında məlumat istəyərkən məhz bu məqama diqqət ayırmışdım. Toralın "Qarabağ"dakı çıxışı onun bir neçə mövqedə oynamaq imkanını ortaya qoyub. Eyni zamanda milli komandanın üzvü olması və Türkiyədə legioner sayılmaması hazırkı durumda 23 yaşlı futbolçumuzun transferinə dəyər qatır. "Qarabağ"ın əvvəlki satışlarının qiymətlərini nəzərə alsaq, Toral üçün 2-3 milyon avro ətrafında əsas məbləğ tələb oluna bilər. Futbolçumuz sonradan top-5 liqalarına transfer olarsa, əlavə satış faizinin müqaviləyə salınması da münasib transfer dəyəri sayıla bilər".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/sport/1181324.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib22 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    34
    21
    29
    24
    22
    22
    13
    30
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar