Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi Xəbərlər

0

  • 2 apreldə Podqoritsa şəhərində Azərbaycan Respublikası və Monteneqro Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
    XİN-dən Buz.Su-a verilən xəbərə görə, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Monteneqro nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Milislav Raspopoviç rəhbərlik edib.
    Mələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
    Həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Bu xüsusda 2024-cü ilin noyabr ayında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının sessiyasına (COP29) hazırlıq və görüləcək işlərlə bağlı qarşı tərəf məlumatlandırılıb.
    Görüşdə post-münaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən bölgədə davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi, orada həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verilib.
    Siyasi məsləhətləşmələr zamanı, həmçinin beynəlxalq, regional məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.
    Səfər zamanı F.Rzayev həmçinin Monteneqronun digər rəsmi şəxsləri ilə işgüzar görüşlər keçirib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/politics/1194330.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib10 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    23
    25
    27
    31
    27
    32
    17
    29
    34
    25
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar