Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Daha bir uğursuz cəhd - İrəvan faktsız qaldı Xəbərlər

0

  • 23 saatlıq antiterror tədbirləri ilə ərazimizdə separatizmi məhv eləsək də, görünür erməni yalanları ilə hələ çox mübarizə aparmalı olacağıq. Belə ki, əvvəllər özlərini "blokada"da ac kimi təqdim edən ermənilər indi də "etnik təmizləmə" ifadəsini əllərinə bayraq ediblər. Onlar iddia edir ki, lokal antiterror tədbirlərindən sonra guya biz oradakı erməni sakinləri qovuruq. Hətta, bununla bağlı beynəlxalq təşkilatlara müraciətlər də olub.
    Sözügedən iddia isə kökündən yanlışdır. Əvvəla, bu ərazilər onlara aid olmayıb, Rusiyanın Cənubi Qafqazdakı layihəsi kimi sonradan köçürülüblər. İkincisi isə onlara qarşı hər hansı kobudluq, qovmaq kimi hallar baş verməyib. Əksinə, polislərimiz onlara su verib, həkimlərimiz müayinə edib, yanğınsöndürənlərimiz onların yanan maşınlarını söndürüb və s. Bir sözlə, onların illər boyu bizə qarşı etdiklərinə baxmayaraq biz yenə də humanizm nümayiş etdirmişik.

    Məlum olduğu kimi, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller dünən keçirilən brifinqdə erməniləri məyus edib. ABŞ rəsmisi Qarabağda belə bir hadisənin baş vermədiyini diplomatik tərzdə ifadə edib. O, ermənilərin Qarabağda guya "etnik təmizlənməyə" və ya "soyqırımına" məruz qaldıqlarına dair iddialarına cavab olaraq deyib: "ABŞ etnik təmizləmə və soyqırımı kimi iddialara çox ciddi yanaşır. Biz bu vəziyyətlə bağlı yerlərdə (Qarabağda) əlaqə saxlayırıq. Ancaq soyqırımı və ya etnik təmizləmə ilə bağlı qərar faktlara əsaslanan prosesdir".
    Həmçinin, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də bu məsələyə münasibət bildirib. O, "Euronews"a müsahibəsində erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib. Onun sözlərinə görə, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.

    Bundan başqa, BMT-nin Xankəndiyə səfər etmiş missiyasının yaydığı məlumatda iddiaların əsassız olduğu bildirilib. Bir neçə televiziya kanallarının müxbirləri də ərazidən canlı yayım edərək ermənilərin əraziləri könüllü tərk etdikləri vurğulanıb.
    Ermənistan hökumətinin bu rəqəmləri şişirtməsindən onların bu iddia ilə çıxış edəcəkləri gözlənilən idi. Lakin, ermənilərin iddialarının ABŞ və Avropa İttifaqı tərəfindən əsasssız hesab edilməsi göstərir ki, həmin təşkilatlar Azərbaycanın regional əhəmiyyətini anlamağa başlayıb. Eləcə də, rəsmi Bakının bütün addımlarını beynəlxalq hüquq çərçivəsində atması da bu məsələdə mühüm rol oynayır.
    Bəxtiyar Umarlı
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1147238.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    20
    31
    27
    35
    2
    13
    35
    19
    31
    9
    26
    32
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar