Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Azərbaycanda Prezident seçkiləri qanunvericiliyə uyğun keçirilib - Sergey Markov Xəbərlər

0

  • Azərbaycanda Prezident seçkiləri seçki qanunvericiliyinə və ölkə konstitusiyasına uyğun keçirilib.
    Buz.Su Trend-ə istinadən bildirir ki, bunu Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.
    "Azərbaycanda seçki məntəqələrində olarkən seçici fəallığının yüksək olması bizi yaxşı anlamda təəccübləndirdi. Məntəqələrin qarşısında səs vermək istəyən vətəndaşların uzun növbələri yaranmışdı. Əminəm ki, bütün beynəlxalq müşahidəçilər yekdilliklə bəyan edə biləcəklər ki, Azərbaycanda seçkilər şəffaf keçdi".
    Xatırladaq ki, ötən gün Azərbaycanda Prezident seçkiləri keçirilib. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb.
    Seçki məntəqələrinin 93,35 faizindən daxil olan məlumatlar əsasında prezident seçkilərinin ilkin nəticələrinə əsasən Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 92,05 faiz səslə liderdir.
    Namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc səslərin 2,19 %, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev 0,8% , Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa 2 % Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev 0,67%, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev 1,76% və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev isə səslərin 0,53 % toplayıb.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1181414.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib18 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    17
    40
    25
    34
    13
    14
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar