Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
"Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi bir nümunədir" Xəbərlər

0

  • "Azərbaycan Ordusunun 2020-ci ildə İkinci Qarabağ müharibəsində qələbəsindən və 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. Bununla Azərbaycan postsovet məkanında yeganə ölkədir ki, qələbə qazanaraq ərazi bütövlüyünü təmin edib".
    Buz.Su xəbər verir ki, bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında hərbi-siyasi şərhçi, Ukrayna Silahlı Qüvvələrinin zabiti Taras Berezovets bildirib.
    O, Azərbaycan Ordusunda həyata keçirilmiş islahatları da xüsusi vurğulayıb.
    "Əlbəttə ki, bu qələbə uzun illər ərzində Silahlı Qüvvələrdə aparılan islahatlarsız mümkün olmazdı. Bu islahatlar ardıcıl şəkildə həyata keçirilib. Mən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənizə dəvət olunmaq şərəfinə nail olmuşam. Nəticədə Azərbaycan Ordusunda həyata keçirilən islahatları gözlərimlə görmüşəm. Əslində, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü necə bərpa edəcəyinə də nümunədir. Ukrayna NATO standartlarına uyğun ordu yaratdıqdan sonra məhz belə hərbi qələbə qazanmalıdır. Ukraynanın strateji baxımdan dostu olan Azərbaycanın qələbəsi isə şübhəsiz, bizim üçün çox əla xəbərdir və bu münasibətlə hər kəsi təbrik edirəm", - deyə o əlavə edib.



    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1157082.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib26 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    33
    12
    14
    16
    11
    19
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar