Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
ÜST “yüksək risk səviyyəsi” ELAN ETDİ - Yarım milyona yaxın insan... Xəbərlər

0

  • 2023-cü ilin əvvəlindən bəri dünyada vəbaya yoluxma hallarının sayı 582 mini keçib, 4,5 mindən çox insan dünyasını dəyişib.
    Musavat.com Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aylıq bülleteninə istinadən xəbər verir ki, yanvar ayından bəri vəbaya yoluxma 29 ölkədə qeydə alınıb.
    Bülletendə bildirilir ki, 2023-cü ilin arxada qalan dövründə vəbaya yoluxma sayı keçən ilə dair illik rəqəmləri üstələyib: 15 sentyabr tarixinə 582 219 hadisə və 4 543 ölüm qeydə alınıb. Təşkilat xatırladıb ki, 2022-ci ildə dünyada 472 697, 2021-ci ildə isə 223 370 vəbaya yoluxma hadisəsi qeydə alınıb: "Çox sayda yoluxma halı və onların coğrafi yayılması, həmçinin vaksinlərin və digər resursların çatışmazlığı nəzərə alınmaqla, ÜST qlobal risk səviyyəsini çox yüksək kimi qiymətləndirməyə davam edir".
    Bülletendən aydın olur ki, xəstəlik xüsusilə Afrikada daha çox yayılıb. İlin əvvəlindən bəri 16 Afrika ölkəsində vəba xəstəliyinə yoluxma halları qeydə alınıb. Burundi, Konqo Demokratik Respublikası (KDR), Zimbabve, Kamerun, Malavi, Mozambik və Efiopiya və digər ölkələrdə yoluxma halları çoxdur. Şübhəli vəba hallarının əksəriyyəti Əfqanıstandadır (təxminən 159 min). Xəstəlik həmçinin Suriya (təxminən 120 min hadisə), Haiti (62 mindən çox), Malavi (58 mindən çox), Dominikan Respublikası (36 mindən çox) və Efiopiyada (23 mindən çox) yayılıb.

    Mənbə: https://news.milli.az/health/1147813.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    26
    31
    14
    23
    32
    22
    19
    29
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar