Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakı-İrəvan sazişi üçün mübarizə gedir: 4 şəhər... Xəbərlər

0

  • "Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq" sualıyla yanaşı bir başqa sual da aktuallaşıb: "Sülh sazişi harada imzalanacaq?"
    Buz.Su axar.az-a istinadən bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
    O vurğulayıb ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüklərini tanıyıb, bu mənada sülh sazişinin imzalanması bu il baş verməsə də, gələn ildə reallaşması mümkündür:
    "Böyük dövlətlər sülh sazişinin imzalanacağı məkan uğrunda diplomatik mübarizəyə başlayıblar. Sülh sazişinin 4 paytaxtdan birində - Vaşinqtonda, Brüsseldə, Moskvada və ya Tiflisdə imzalanması mümkündür. Vaşinqton və Brüssel Ermənistanın Baş naziri Nikol Paşinyana təzyiq edirlər ki, o, Rusiyanın vasitəçiliyindən uzaq dayansın. Bu səbəbdən Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkekdə keçirilən sammitinə qatılmadı, xarici işlər nazirini də Qırğızıstan paytaxtına göndərmədi. Çünki həmin sammitdə Paşinyan Vladimir Putin və İlham Əliyevlə üçlü görüşə qatıla bilərdi ki, Ermənistanın baş naziri bunu istəmir. Sülh sazişinin Qərb paytaxtlarından birində imzalanması isə Kremlin maraqlarına cavab vermir. Vladimir Putinin Bişkekdə MDB sammitində çıxışının mahiyyəti bu idi ki, Azərbaycanla Ermənistanı yaxınlaşdırmaq və sülh sazişini imzalamaq üçün illərdir vasitəçilik edən Rusiyanın zəhməti hədər getməməli, iki dövlət arasında yekun sənəd Moskvada imzalanmalıdır".
    Politoloqun fikrincə, Azərbaycan üçün sülh sazişinin harada imzalanmasının fərqi yoxdur:
    "Bu, Brüssel də ola bilər, Moskva da, təki bölgədə sülhə yol açan sənəd imzalansın. Buna rəğmən, Azərbaycan prezidentinin danışıqlar məkanı kimi Tiflisə üstünlük verdiyi onun Gürcüstanda verdiyi açıqlamalardan da aydın oldu".
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1149767.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib29 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    29
    23
    21
    36
    38
    14
    23
    15
    28
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar