Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Nigar Şabanova: "Mələkxanım Eyubova ilə barışsaq da..." - VİDEO Xəbərlər

0

  • "Mələkxanım Eyubova ilə barışsaq da münasibətimiz yoxdur".
    Buz.Su bizim media-ya istinadla xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "10-da görüşək" verilişində deyib.
    İllər əvvəl qalmaqal yaşadığı Xalq artisti Mələkxanım Eyubovadan söz açan sənətçi bildirib ki, barışsalar da lakin aralarındakı buzlar hələ də əriməyib.

    "Aparıcı Nanə Ağamalıyevanın verilişində qarşı tərəflə müəyyən barışıq oldu. Nanə söylədi ki, verilişimə gələrsən... Dedim ki, əlbəttə. Bu gün də sənətimə maneə olan sənətkarlarımız var. Amma onları haradasa görəndə ayağa qalxıram və bir kiçik olaraq hər zaman onların ayağının altına getməyə hazıram. Mən görmədim ki, Mələkxanım hansısa bir verilişdə desin ki, mənim Niquşum da gəlsin...

    Onun heç Nigar xanım deməsini belə istəmirəm. Gözləyirdim desin ki, Niquşum da gəlsin, onunla birgə bir efirdə olaq... Niquş filan efirdə olacağam, sənə mən deyirəm, dur gəl... Bəyəm mən gəlmərəm o efirə!? Mələkxanım məni bir yerə çağırsa ora qaça-qaça gedərəm. Arada telefon zəngləri də oldu... Anam-atam olsa da belə mən istifadə olunmağı sevmirəm!", - deyə Nigar vurğulayıb.

    Qeyd edək ki, 2018-ci ilin sentyabrında efirlərin birində qonaq olan Nigar Şabanova bildirib ki, fəxri ad alandan sonra çoxları onu təbrik etsə də, keçmiş müəllimi Mələkxanım Eyubova onu təbrik etməyib.

    Daha sonra bildirib ki, Mələkxanım müəllimi olsa da, ona heç nə öyrətməyib. Bunu eşidən Eyubova "Nigar kimdir ki, hər dəqiqə onu gündəmə gətirim. Nigar qələt edir, başını da daşa döyür. Onun tərbiyəsi və mədəniyyəti olsaydı, müəllimi barədə elə sözlər deməzdi" sözləri ilə yanan ocağın üzərinə benzin səpmişdi. Beləcə tərəflər arasında qalmaqal yaşanmışdı.

    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/showbiz/1178744.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaŞou-Biznes
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib21 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18
    29
    18
    13
    276
    29
    25
    29
    14
    32
    38
    18
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar