Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
«Bakı Payızı» himninin klipi təqdim edildi - VİDEO Xəbərlər

0

  • Düz 35 il əvvəl Heydər Əliyev Sarayının səhnəsində bəstəkar Mikayıl Vəkilovun Malik Fərruxun sözlərinə bəslədiyi "Azərbaycanım" mahnısı səsləndi və dərhal hitə çevrildi.
    Lakin hit statusu Vətənə sonsuz sevgi və qürurla dolu möhtəşəm əsərə dar gəldi və çox keçmədi ki, mahnı onillikləri aşıb sonrakı nəsillərin də rəğbətini qazandı və əsl himnə çevrildi.
    35 il keçdi və "Bakı payızı-2023" müsabiqəsinin təşkilatçıları tamaşaçıları bu mahnıya hazırlanmış kliplə sevindirmək qərarına gəldilər. Bu ideyanı təkcə hazırkı müsabiqənin bütün iştirakçıları deyil, həmçinin "Bakı payızı - 1988" müsabiqəsinin qalibləri dəstəklədi. Qeyd edək ki, klipdə bəstəkar Mikayıl Vəkilov özü də həmin əsəri ilk dəfə olaraq fortepianoda ifa edərək, vokalçılara müşayiət edir.
    Klip oktyabrın 31-də, məhz bəstəkarın doğum günü üçün hazırlanaraq ona hədiyyə edildi. Bu həm də Heydər Əliyev Sarayında keçiriləcək Qala-konsert ərəfəsində baş verdi.
    Xatırladaq ki, noyabr ayının 3-də, saat 19:00-da  Heydər Əliyev Sarayında sizi fantastik "Bakı Payızı-2023" Qala-konserti gözləyir. Bu, sözün əsl mənasında fantastik şoudur, çünki siz zaman -məkan səyahətinə çıxacaqsınız. Müasir işiq, səs effektləri və 3D görüntüləri ilə müşayiət olunan musiqi sədaları altında siz köhnə Bakının dar küçələrini dolaşıb, Misirin möhtəşəm ehramlarını ziyarət edəcəksiniz, sonra müasir Amerikanın, italiyanın və digər ölkələrin şəhərlərini gəzib, doğma Xəzərin sahillərinə qayıdacaqsınız və...  Amma, yaxşısı budur, bütün sürprizləri açıqlamayaq.  Çünki yüz eşitməkdənsə bir görmək yaxşıdır.
    Ən əsası, siz birinci olaraq müsabiqənin qaliblərinin - ən yaxşı vokalçı, rəqqas, bəstəkar, musiqi qruplarının adını öyrənəcəksiniz! Üstəlik onların ifasında həm təzə hitləri, həm yeni aranjimanda köhnələrini dinləyə biləcəksiniz!
    Hər çıxış, hər mahnı və kompozisiya - səhnələşdirilmiş, sintetik bir tamaşadır.
    Diqqətinizə 16 yeni müəllif mahnısı təqddim ediləcək, o cümlədən Mikayıl Vəkilovun yeni bəstələrini ilk dəfə məhz siz eşidəcəksiniz.
    Yeni ulduzlar səhnəyə Azərbaycanın ən populyar meqa-starları ilə birgə çıxaraq duetlə oxuyacaq.
    Bütün bunlar və başqa sürprizlər sizi noyabrın 3-ü Heydər Əliyev sarayında gözləyir!
    Fantastik səyahətə ulduzlarla birgə çıxıb onların ifasından zövq almaq imkanını qaçırmayın!
    Xatırladaq ki, layihə Nizami Boutique House şirkətinin Baş sponsorluğu, "Best Cast Talent Agency" və "Golden Arts entertainment", Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşir. Layihənin müəllifi və rejissoru Sevinc Kərimova, təşkilatçısı Səbinə Həsənovadır.
    İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Buz.Su, Azernews.Az

    Mənbə: https://news.milli.az/culture/1154559.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaMədəniyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    22
    25
    27
    27
    21
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar