Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Möminə Xatun türbəsi ətrafında nə baş verir? - FOTO Xəbərlər

0

  • Son günlər bəzi media subyektlərində Möminə Xatun türbəsinin ətrafında olan yarımçıq tikili ilə bağlı yayılan məlumatlara Naxçıvan Şəhər İcra Hakimiyyəti (ŞİH) tərəfindən aydınlıq gətirilib.
    Buz.Su xəbər verir ki, açıqlamada Naxçıvanın simvollarından olan Möminə Xatun türbəsinin ətrafındakı yarımçıq tikili ilə bağlı dəqiqləşdirilmədən yayılan məlumatların həqiqəti əks etdirmədiyi qeyd olunur.
    Bildirilir ki, Naxçıvan şəhərinin Əcəmi seyrangahı ərazisində Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin başlatdığı tikinti işləri 2023-cü ilin noyabr ayından Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət qurumları tərəfindən dayandırılıb. Həmçinin ərazinin razılaşdırılmadan istismarına icazə verilmədiyinə dair xəbərdarlıq edilib. Xidmət tikinti işlərinin başladılmasını 459 nömrəli yarımstansiyanın köhnə olması və təhlükəsizlik nöqteyi-nəzərindən qurğu və avadanlıqların qapalı tikilinin içərisinə yerləşdirilməsi ilə əsaslandırıb.
    Xidmət tərəfindən qeyd olunub ki, növbəti mərhələdə seyrangahın görünüşünə xələl gətirən digər hava elektrik verilişi xəttinin yeraltı kabellə əvəzlənməsi işləri də aparılacaq. Bütün bunları nəzərə alaraq şəhər icra hakimiyyəti tərəfindən uyğun yer seçilməsi ilə bağlı layihələndirmə işlərinə başlanılıb. Abidənin tarixiliyi nəzərə alınaraq aparılan işlər yekunlaşdıqdan sonra tarixi abidəyə heç bir xələl gətirmədən elektrik xətlərinin çəkilməsi və yarımstansiyanın qanunauyğun formada qurulması üçün müvafiq yer ayrılacaq.



    Buz.Su
    ​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1191071.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib13 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    25
    26
    26
    33
    21
    28
    16
    6
    31
    12
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar