Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bakıda skuterlər bu ərazilərə daxil ola bilməyəcək - RƏSMİ Xəbərlər

0

  • Qısa məsafələri qət etmək üçün elektrik skuterlərdən istifadə artıq bütün dünyada kütləviləşir. Velosiped infrastrukturu olan şəhərlərdə vətəndaşlar bu imkanlardan daha geniş yararlanır.
    Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, paytaxt Bakıda da müasir tendensiyalar nəzərə alınaraq, mikromobilliyin inkişaf etdirilməsi, kiçiktəkərli nəqliyyat vasitələri olan velosiped, skuterlər üçün infrastrukturun yaradılması prosesinə başlanılıb.
    Qeyd edilir ki, 1-ci mərhələ üzrə İstiqlaliyyət küç., Azərbaycan pr., Mirzəağa Əliyev küç., Bülbül pr. və Fikrət Əmirov küçəsi olmaqla ümumilikdə 3000 m məsafədə müvafiq nişanlanma işləri aparılmış, yol nişanları quraşdırılıb: 
    "Hazırda marşrut üzrə parklanma yerlərinin təşkil edilməsi istiqamətində işlər aparılır. Artıq 13 məntəqədə parklanma yerləri təşkil edilib.
    Qurulan infrastruktur qlobal şirkətlərin Bakıda fəaliyyətlərini genişləndirməsinə şərait yaradıb. Artıq şəhərin mərkəzində skuter icarəsi ilə məşğul olan beynəlxalq şirkətlərin mikromobillik vasitələrini görmək mümkündür.
    Qeyd edək ki, təhlükəsizlik məqsədilə skuterlər yalnız velosiped zolaqları ilə 25 km-dən çox olmayan sürətlə hərəkət edə bilərlər. Yol kəsişmələrində isə sürət saatda 15 km keçməməlidir. Skuter icarəsi üçün hazırlanan tətbiqlərdə sürət həddinə nəzarətlə bağlı funksiyalar yaradılıb.
    Yaxın vaxtlarda isə parklarda və digər ictimai yerlərdə skuterlərin hərəkətinin məhdudlaşdırılması üçün funksiya aktiv olacaq. Müəyyən edilmiş sürət həddi aşıldıqda və ya skuterlər qadağan olunmuş zonaya daxil olmaq istədikdə nəqliyyat vasitəsinin hərəkəti bloklanacaq".
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/country/1178595.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÖlkə
    KateqoriyaCəmiyyət
    YerləşdirdiHakim
    Yerləşdirildi3 ay öncə
    İzlənib17 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    16
    37
    33
    29
    18
    19
    12
    17
    19
    11
    31
    24
    23
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar