Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Türkiyədə güclü qar yağdı, məktəblər bağlandı - FOTO Xəbərlər

0

  • Türkiyədə hava kəskin dəyişib, temperatur aşağı düşüb, bəzi bölgələrə güclü qar yağıb. 
    Buz.Su qafqazinfo-ya istinadən xəbər verir ki, xüsusən Şərqi Anadolu bölgəsinə yağan qar fəsadlar törədib.
    Nəticədə yollar buz bağlayıb, bəzi rayonlarda məktəblərdə bir günlük tətil elan edilib. 
    Hamilə və fiziki məhdudiyyətli dövlət qulluqçularına da 1 günlük inzibati məzuniyyət verilib. Yollara yağan qarın təmizlənməsi ilə bağlı aidiyyəti qurumların, bələdiyyələrin əməkdaşlarından ibarət briqadalar işə başlayıblar.
    Meteoroloqlar Rizə, Ərzurum, Ağrı, Diyarbekir, Mardinətrafı, Bitlis, Bingöl, Batman, Siirt, Şırnak və Elazığın şərqində Muşun cənub və qərb rayonlarında, Hakkaridə və Vanın cənubunda yaxın günlərdə sulu qar və qar yağacağını proqnozlaşdırırlar. Səhər və gecə saatlarında mərkəzi və şərq rayonlarında buzlaşma, şaxta gözlənilir. Temperaturun 4-6 dərəcə aşağı enəcəyi ehtimal edilir. 
    Şərqi Anadolunun şimal və şərqində yüksək qar örtüyü olan yamaclarda uçqun təhlükəsi var. 
    Ümumilikdə 13 şəhərdə - Adıyaman, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Hakkari, Mardin, Muş, Siirt, Tunceli, Van, Batman, Şırnakda sarı və narıncı xəbərdarlıq elan edilib.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/turkey/1191783.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi1 ay öncə
    İzlənib28 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    18
    10
    30
    12
    29
    12
    29
    27
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar