Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Dəriniz günəşdən quruyub və çatlayıbsa, bunları edin - 10 üsul Xəbərlər

0

  • Uzun müddət günəş altında qalma, dəniz suyu, qaraldıqdan sonra dəridə yaranan problemlərlə yəqin hazırda çoxları qarşı-qarşıya qalıb. Bu, dəridə quruluq yaradır. Cild deformasiyaya uğrayaraq çatlamağa, qaşınmağa, qızarmağa və qurumağa başlayır. Xüsusən də yeni iş mövsümünün başlanğıcında belə hallar bir çox insanda narahatlıq yaradır.
    Sonxeber.pro axşam.az-a istinadən bildirir ki,  qısa zamanda dərinizdə adıçəkilən problemlərdən qurtulmağa imkan verən üsulları təqdim edir:
    Dəri tipinizə uyğun təmizləyici vasitələrdən istifadə edin
    Dəri bariyerinin pozulması quruluq, qıcıqlanma, qızartı, həssaslıq və hətta sızanaq kimi cild problemlərinə səbəb ola bilər. Buna görə də dərinizin quruluşuna uyğun təmizləyici vasitələrdən istifadə bərpa prosesində müsbət rol oynayacaqdır. 
    Normal, quru, yağlı, qarışıq və ya həssas dəri tiplərinin fərqli ehtiyacları var. Məsələn, köpüklü gel yağlı dərilər üçün daha təsirli ola bilər, quru dərilər üçün isə nəmləndirici xüsusiyyətlərə malik krem tövsiyə olunur. Bunun üçün aldığınız vasitələrin üzərindəki məlumatları diqqətlə oxuyub əməl edin.
    Dəri səthini bərpa edərkən kimyəvi maddələrdən qaçmalısınız. Sintetik ətirlər, spirt, sulfat kimi maddələr cildinizi daha da quruda və qıcıqlandıra bilər. Bunun əvəzinə təbii və yumşaq tərkibli vasitələr seçin. Məsələn, aloe vera, yaşıl çay, lavanda yağı kimi təbii tərkibli məhsullar dərini yumşaq bir şəkildə təmizləyərək nəmləndirməyə kömək edir.
    Davamlı və düzgün təmizləyin
    Dərinizi həddindən artıq təmizləməkdən və ya sərt sürtməkdən çəkinin. Təmizləmə prosesi dərinin təbii nəmini də aradan qaldıra bilər. Buna görə də prosesin ardından cildinizi nəmləndirməlisiniz. 
    Cildinizi nəm saxlamağa, nəmləndirməyə çalışın
    Dəri səthi nəmləndikcə bərpa prosesi də sürətlə gedir. Həmçinin nəmləndiricilər cildin su saxlamaq qabiliyyətini artırır, yaşlanma əlamətlərini ləngidir.
    Makiyajla yatmayın
    Makiyaj gecə ərzində cildin bərpa prosesinə təsir edir. Yuxu hüceyrələrin və toxumaların özlərini yeniləməsi üçün ən yaxşı fürsətdir. Ancaq dəriniz makiyaj qalıqları və kirlə örtülüdürsə, bu proses çətinləşir. Bundan əlavə, makiyaj qalıqları məsamələrin tıxanmasına və sızanaq, qara nöqtə kimi dəri problemlərinə səbəb olur.
    Bol su için
    Dərinizin qısa müddət ərzində bərpa olmasını istəyirsinizsə, gün ərzində mükün qədər su içməyə çalışın.
    Yuxunuzu diqqət edin
    Rahat və uzun müddətli yuxu nəinki orqanizmə həmçinin, cildə də müsbət təsir göstərir. Əks halda sağalma mərhələsi ləngiyə bilər.
    Günəşdən qorunun
    Dərini ultrabənövşəyi şüaların təsirindən mümkün qədər qorumağa çalışın. 
    Çox sayda qulluq vasitələrindən eyni anda istifadə etməyin
    Çox sayda vasitədən istifadə etmək cildin özünübərpa prosesindəki sistemini poza bilər. 
    Qidalanmağınıza diqqət edin
    Meyvə-tərəvəz, yaşıl çay, qırmızı üzüm, qara şokolad bərpa prosesində müsbət rol oynayır. 
    Stresdən və pis vərdişlərdən uzaq durun
    Siqaret, spirtli içkilər dərinin nəinki bərpa prosesinə əngəl törədir, həmçinin, qocalmanı tezləşdirir.
    Sonxeber.pro

    Mənbə: https://news.milli.az/health/1139739.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməÜmumi
    KateqoriyaÜmumi
    YerləşdirdiHakim
    Yerləşdirildi8 ay öncə
    İzlənib40 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    24
    25
    18
    7
    27
    15
    26
    26
    11
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar