Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
“Real Madrid” “Sevilya” səfərindən 1 xalla qayıdır Xəbərlər

0

  • İspaniya La Liqasının 10-cu turunda "Sevilya" öz meydanında "Real Madrid"i qəbul edib.
    Buz.Su report-a istinadən xəbər verir ki, Ramon Sançes Pisxuan stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib.
    Birinci hissənin dördüncü dəqiqəsində "kral klubu"nun yarımmüdafiəçisi Federiko Valverde topu tora atsa da, videotəkrara baxıldıqdan sonra qol ləğv edilib. Birinci yarı qolsuz bərabərliklə bitib.
    İkinci hissədə, 76-cı dəqiqədə, "Real Madrid"in avstriyalı müdafiəçisi topu öz qapısına vuraraq rəqibi hesabda irəli çıxarıb. Lakin "ağ-qırmızılar"ın üstünlüyü çox çəkməyib: Alabanın mövqe üzrə yoldaşı Daniel Karvaxal almaniyalı Toni Kroosun ötürməsindən sonra hesabı bərabərləşdirib.
    Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.
    Qeyd edək ki, səfərdə xal itirməsinə baxmayaraq, "Real Madrid" turnir cədvəlinə başçılıq etməyə davam edir. Paytaxt klubunun aktivində 25 xal var. Onun ən yaxın təqibçiləri "Jirona" və prinsipial rəqibi "Barselona"dır. Onların aktivində müvafiq olaraq 22 və 21 xal var.
    Buz.Su

    Mənbə: https://news.milli.az/sport/1151922.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    Bölməİdman
    KateqoriyaXarici Idman
    YerləşdirdiHakim
    Yerləşdirildi6 ay öncə
    İzlənib33 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    21
    17
    17
    15
    31
    30
    28
    24
    21
    19
    34
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar