Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
BMT: Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçiririk Xəbərlər

0

  • "BMT Baş katibi Qəzzada fəaliyyət göstərən jurnalistlərin öldürülməsindən ciddi narahatlıq keçirir".
    Buz.Su report.az-a istinadən xəbər verir ki, bunu BMT sözçüsünün müavini Florensiya Soto Ninyo gündəlik mətbuat konfransında deyib.
    O bildirib ki, Qəzzada Əl-Cəzirə televiziyasının tanınmış fələstinli müxbiri Vael əl-Dahduh və oğlu da daxil olmaqla daha iki jurnalist öldürülüb: "Biz bu dəhşətli xəbərləri gördük və Qəzzada jurnalistlərin öldürülməsindən çox narahatıq. Bilirik ki, münaqişənin başladığı qısa müddət ərzində bu rəqəmlər həddindən artıq çoxdur. Jurnalistlər həqiqətləri dünyaya çatdırmaq üçün həyatlarını riskə atdılar və orada qarşılaşdıqları şəraitdə onların işləri getdikcə çətinləşir. Biz bir daha təkrarlayırıq ki, hər hansı digər mülki vətəndaş kimi jurnalist də qorunmalıdır və onlar gördükləri iş üçün hədəfə alınmamalıdırlar. Biz öldürülən jurnalistlərin ailələrin və həmkarlarına başsağlığı veririk".
    Qeyd edək ki, karyerasını Qəzzada baş verənləri işıqlandırmaqda keçirən Əl-Cəzirə televiziyasının tanınmış fələstinli müxbiri Vael əl-Dahduh oktyabr ayında İsrailin hava hücumu nəticəsində həyat yoldaşını, bir oğlunu və qızını və bir körpə nəvəsini itirmişdi. Qəzzadakı səlahiyyətlilərə görə, ötən gün onun böyük oğlu Həmzə İsrailin hava hücumu nəticəsində onunla eyni avtomobildə hərəkət edən həmkarı ilə bərabər həlak olub.
    Buz.Su
    Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

    Mənbə: https://news.milli.az/world/1173913.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməDünya
    KateqoriyaAvropa
    YerləşdirdiHakim
    Yerləşdirildi4 ay öncə
    İzlənib25 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    14
    18
    25
    32
    22
    33
    26
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar