Bölmə Dünya Maraqlı Hava Bürclər
ÖlkəSiyasətİqtisadiyyatİdmanDünyaMaraqlıSağlamlıqElm və Texnoloji
Bu təxribatı törətməkdə ermənilərin məqsədi nə idi? Xəbərlər

0

  • Xəbər verdiyimiz kimi, ötən gün Qarabağda Rusiya sülhməramlılarının olduğu avtomobil ermənilər tərəfindən atəşə tutulub. 
    Buz.Su yenisabah.az-a istinadən xəbər verir ki, hadisə sülhməramlılar Canyataq kəndi yaxınlığındakı müşahidə məntəqəsindən qayıdarkən baş verib. Onların avtomobilinin atəşə tutulması nəticəsində 8 hərbçi həlak olub. 
    Bəs bu təxribatı törətməkdə ermənilərin məqsədi nə idi? Bu, nəyə hesablanmışdı? 
    Məsələ ilə bağlı ehtiyatda olan polkovnik Şair Ramaldanov danışıb. 
    Hərbi ekspert bildirib ki, hadisəni törətməkdə Ermənistanın məqsədi bunu Azərbaycanın üstünə yıxmaq olub. Həmçinin təxribat danışıqlar prosesinə zərbə vurmaq xarakteri də daşıyıb: 
    "Böyük ehtimalla, onlar bu təxribatı azərbaycanlıların törətdiyini deyərək, Rusiya-Azərbaycan arasında soyuqluq yaratmaq istəyirdilər. Təxribat məhz bu məqsədi daşıyırdı, terror faktı da məhz bununla bağlıdır. Ona görə də Rusiya tərəfi artıq bununla bağlı öz fikrini söyləyib və bu hadisədə Qarabağ separatçı xuntanı günahlandırır. 
    Bu təxribat təbii ki, həm də danışıqlar prosesinə zərbə məqsədi də daşıyırdı". 
    Ekspert gələcəkdə də bu cür təxribatların baş verəcəyini istisna etməyib:
    "Biz sadəcə antiterror tədbirini həyata keçirtdik ki, qanunsuz silahlıları Qarabağ iqtisadi rayonundan çıxardaq. Ancaq onların beynindən qara fikirləri çıxartması düşünürəm ki, bir müddət vaxt aparacaq. Təbii ki, bu, heç vaxt tamamilə keçməyəcək, ancaq Azərbaycan əsas məsələni antiterror tədbirləri ilə yoluna qoyub. Digər məsələlərə gədikdə isə düşünürəm ki, hər hansı problem baş verərsə, Azərbaycan bunun qarşısını vaxtında alacaq. Bu məsələdə müvafiq güc strukturlarının fəaliyyəti də olacaq". 
    Buz.Su

    Mənbə: https://news.milli.az/politics/1144755.html

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.
    WhatsApp'dan göndər
    BölməSiyasət
    Kateqoriyaİç Siyasət
    YerləşdirdiHakim
    Yerləşdirildi7 ay öncə
    İzlənib30 dəfə
    Azərbaycan xəbərləri dünya xəbərləri aktual hadisələr bu günün xəbərləri.

    banner

    Maraqlı gələ bilər
    30
    15
    25
    13
    21
    5
    15
    23
    16
    banner

    Oxşar xəbərlər
    Kateqoriyalar